Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloji müalicəyə ehtiyacı olanların gülməli filmlərə baxmağı faydalıdır

Türkiyə mətbuatının verdiyi məlumata görə Aydın dövlət xəstəxanası psixiatriya xidmətində yataqlı müalicə alan xəstələr komediya filmləri və musiqi ilə müalicə edilirlər.

Xəstəxananın psixiatriya xidməti həkimlərindən Muhammet Gökhan Aksu, etdiyi şərhdə, yataqlı müalicə alan xəstələrin cəmiyyətə yenidən adaptasiyaları üçün məşğul olduqlarını bildiriblər.

20-25 ətrafında olan yataqlı xəstələrə göstərilən xidmətdə dərman müalicələrinin xaricində "psixoloji reabilitasiya" fəaliyyətləri də reallaşdırdıqlarına diqqəti çəkən həkim, müxtəlif ictimai fəaliyyətlərlə xəstələrin müalicəyə daha yaxşı reaksiya verməsinin təmin edildiyini vurğulamışdır.
Bu cür fəaliyyətlərə qatılan xəstələrimiz bir müddət sonra müalicəyə müsbət cavab verir, müalicə qrupuna inam duymağa başlayır. Biz bunu artıraraq davam etdirməyi planlaşdırırıq.


Tarix: 09.01.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar
loading...