Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternet asılılıqları olanlar üçün poliklinka açılıb

Qardaş Türkiyə respublikasında internet asılılıqları olanlar üçün dövlət xəstaxanalarının birində poliklinka açılıb.
Həmin poliklinkada çox sayda xəstənin müalicə gördüyü və internet asılılığından xilas olub, normal həyata döndüyü bildirilir. Müasir texnologiyalardan hesab olunan kompüter və internet bir sıra şəxslərin həyatına və gələcəyinə mənfi təsir göstərərək onların yaşamını iflic vəziyyətə salıb. Səhhətə zərər verən formada istifadə edildikdə bu texnologiya insanın digər xəstəliklərə tutulmasına da imkan yaradır. Artıq çəki problemi, müxtəlif ağrılar, gözdə zəifləmə və s. xoşagəlməz hallar buna misal ola bilər.
İctimai və ailə münasibətlərində pozulmalar, məktəb, iş yeri kimi həyat sahələrində baş verən problemlər, həddindən artıq kompüter başında oturma nəticəsində yaşanan çoxlu sayda səhhət pozğunluqları, psixoloji problemlərə, həmin şəxslərin gələcək həyatında böyük çətinlik və geriliyə gətirib çıxarır. Bu baxımdan, sözü gedən layihə bu mənfiliklərdən xilas olma adına fəaliyyət göstərir. Həmin layihədə internet istifadəsini nəzarətdə saxlamaq hədəflənməklə, asılılıqlarla əlaqədar məlumatlandırma aparıldığı da bildirilir.


Tarix: 09.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Məlumatlar
loading...