Bir çox internet mənbələrində uşaqların qidalanması, inkişafı və s. buna bənzər mövzulara aid məlumatlarla rastlaşırıq. Bu məlumatlarda uşaqlıq dövrünün insanın gələcək həyatının təməlini qoyduğu, perspektivli inkişafının isə bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslandığı bildirilir. Əqli və sosial bacarıqların inkişafının ən sürətli dövrü isə 1-5 yaşlar arasındakı müddət hesab olunur. Uşağın beyni çox həssas və elastik olduğundan təqdim edilən informasiyalar tez qəbul olunur və asan yadda qalır. Buna görə də bu dövrdə beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər də çox inkişaf etmiş olduğu bildirilir. Uşağın fiziki və əqli cəhətdən inkişafı üçün faydalı məşğuliyyətlərlə bərabər musiqi biliklərinə yiyələnməyin də beyni inkişaf etdirdiyi məlumatlarda öz əksini tapır. Belə ki, bir sıra elm adamlarının araşdırmalar apardıqları bildirilən məlumatda 7 yaşından əvvəl musiqi dərsi almağa başlayanların beynindəki mühərrik bölgələrin arasındakı əlaqələrin daha güclü olduğu ortaya çıxıb. Bir musiqi aləti ifa etmənin əllər, gözlər və qulaqlar arasında uyğunlaşma tələb etdiyi, 7 yaşından əvvəl musiqi aləti ifa etməyə başlamanın mühərrik və qəbul etmə bölgələri arasındakı əlaqələrin yaranmasında iştirak etdiyi qeyd olunub.
Bundan əlavə məlumatda bildirilir ki, araşdırma musiqiyə erkən başlayanların bəzi xüsusi bacarıqlara və beyində bəzi fərqlərə sahib olduqlarını üzə çıxarıb.
Mövzuya bağlı məqalənin "Science Daily" jurnalının internet saytında dərc olunduğu bildirilir.
Ümumiyyətlə qeyd olunur ki, həmyaşıdları ilə müqayisədə uşağın inkişaf səviyyəsini və onun hansı sahədə dəstəyə ehtiyacının olduğunu müəyyənləşdirmək olur. Müxtəlif ölkələrdə mütəxəssislər bunu müəyyənləşdirmək üçün müxtəlif testlərdən istifadə ediblər. Buna misal olaraq PORTİC sistemini misal gətirirlər. PORTİC sistemində Gessel testi 3-7 yaş həddində olan uşaqların yaddaş və dərketmə bacarıqlarını, əl-göz koordinasiyasını, yoxlamaq üçün keçirildiyi bildirilir. Bu testlə uşağın İQ səviyyəsi haqqında nəticə çıxarmaq mümkün olduğu da məlumatlarda öz əksini tapıb. Məlumatda oda bildirilir ki, ana və körpə arasında fövqəladə bir ruh bağlılığının mövcudluğu, uşaqların beyin və bədən inkişafı üçün mühüm amildir. Bu baxımdan bir sıra mütəxəssislər bildirirlər ki, valideynlər bu işlərə xüsusi həssaslıq göstərərək vaxtaşırı uşağın inkişafına nəzarət etməlidirlər. Hər hansı problem olduqda isə mütəxəssisə müraciət etmək vacibdir.
Tarix: 09.01.2015 / 10:58 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Məlumatlar