Yeni araşdırma mobil telefonların istifadəsi ilə beyin xərçənginin yaranması arasında bilavasitə əlaqənin aşkar olunmadığını göstərir.
Son 20 il ərzində gündəmdə olan bu mövzu mobil rabitənin genişlənməsi ilə daha da aktuallaşır.
Bu sahədə sonuncu tədqiqat Danimarkadakı Xərçəng Epidemiologiya İnstitutu tərəfindən keçirilib.
Araşdırma son 18 il ərzində mobil telefon işlədən 350 min adamın tibbi məlumatlarına əsaslanır.
Alimlərin birmənalı qənaətinə görə, istifadəçilərlə qeyri-istifadəçilər arasında beyin xərçəngi qazanmaq şansı təqribən bərabərdir.
Belə ki, telefonlara malik 358403 adamdan 356 nəfərdə beyin - 846 adamda isə mərkəzi sınır sisteminin xərçəngi aşkar olunub ki, buda orta statistik rəqəmlərlə uzlaşır.
Hətta 13 il telefon işlədən adamlarda xəstələnmə riski adi hüdudlarda qalıb.
Alimlər deyirlər ki, mobil telefonların uzun müddətli istifadəsi ilə xərçəng arasında əlaqəyə dair qəti qənaətə gəlməyiblər və bu sahədə tədqiqatlar davam etdiriləcək.
İsveçrənin Karolin Universitetinin professoru Anders Albom yeni tədqiqatın nəticələrinin optimizm doğurduğunu deyib.
Hərçənd ki, elmi dairələrdə bəzi araşdırmalara istinadən mobil telefonların müəyyən təhlükə təşkil etdiyi ilə bağlı fikir dövriyyə etməkdədir.
Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonları qəhvə kimi risk faktorlarına aid edir: "bilavasitə risk sübut olunmayıb, lakin onu istisna etmək də mümkün deyil"
Bununla yanaşı Britaniyanın Səhiyyə Nazirliyi 16 yaşınadək olan adamlara mobillərin süi-istifadəsindən çəkinərək söhbətlərini minimuma endirmək məsləhətini verir.
Tarix: 09.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar