Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlamlığımızı nə qədər düşünürük?

Sağlamlığımızı nə qədər düşünürük?

İşləriniz,gündəlik problemləriniz...üçün bütün günü ora-bura qaçır,nə isə etməyə çalışırsınız.Şübhəsiz ki,bu vaxt sağlamlığınızı unudursunuz.Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz?Sözsüz ki,ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz.Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq.



Rejimli qidalanmağa çalışın.

Çox soyuq və ya çox isti mühitlərdə qalmayın. Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin. Çox soyuq və ya küləkli havalarda ağzınızı və burnunuzu bağlayın.Çalışın ki,soyuq havanı içinizə çəkməyəsiniz. Gündəlik işlərinizi elə qurun ki,ürəyinizə istirahət verməyə də vaxtınız olsun.
Bir iş görəndə tələsməyin.


Ağır işlərinizi günün müxtəlif saatlarına bölüşdürün.

Dincəlmək mütləq yatmaq demək deyil.

Hər gecə ən azı 6-8 saat yatmağa çalışın.

İşləyərkən əllərinizin çiyin səviyyəsindən aşağı olmasına çalışın.Çünki əllər çiyin səviyəsindən yuxarı olduqda ürək daha çox işləyir.


Minerallara qarşı laqeyd olmayın.


Özünüzə inanın.Hər kəs özü üçün nəyin yaxşı,nəyin pis olduğunu daha yaxşı bilir.


Yağ seçərkən diqqətli olun.Ən yaxşı yağ zeytun yağıdır.


Hər gün idmanla məşğul olmaq lazımdır.

Ailədə xoş atmosfer yaratmağa çalışın.Unutmayın ki,xoşbəxt ailələrdə ürək xəstəlikləri daha az olur.


Çalışın çoxlu dostunuz olsun.


Tez-tez səyahətə çıxın.


Ürəyinizə xəyanət etmək istəmirsinizsə,yediklərinizə diqqət yetirin.Mümkün qədər yağlı,duzlu,qızartma yeməklərdən uzaq olun.


Stresdən uzaq olmağa çalışın.

Sonda onu demək olar ki,Sağlamlığını qorumaq hər bir insanın borcudur.

Çünki,o can bizə əmanətdi və o,əmanəti qorumaq bizim vəzifəmizdir


Tarix: 05.12.2012 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Maraqlı Məlumatlar
loading...