Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu
Azərbaycan rayonlarından birində 4 qolu və 4 ayağı olan qız uşağı dünyaya gəlib. Day.az-ın verdiyi məlumata görə, uşaq hələ aprelin 6-da doğulsa da, bu haqda məlumat yeni yayılıb. Körpə dərhal Azərbaycan Respublikası Pediatriya Elmi Tədqiqat İnstitutunun azyaşlı uşaqların cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Uşağın yerləşdirildiyi şöbənin müdiri Gündüz Ağayev bildirib ki, körpə hərtərəfli müayinədən sonra əməliyyat olunub. Əməliyyat 3 saat davam edib.
Əməliyyatı uşaq cərrahlarından ibarət briqada aparıb. Əməliyyat uğurla başa çatıb və hazırda körpənin həyatına təhlükə yoxdur. Həkimlər onun yaxın zamanlarda tam sağalacağını bildirirlər.
Tarix: 09.01.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Maraqlı Məlumatlar
loading...