Cütlərin bir-birinə qarşı xeyirxah, şəfqətli davranması ailə xoşbəxtliyinin özülünü təşkil edir. Lakin, gənclər arasında yaranan çətinliklər və uğursuzluqlar zamanla ailə həyatında mövcud olan sevgi və romantikaya zərər edir. Unutmaq lazım deyil ki, məhəbbətlə birləşən ürəklər əvvəllər görə bilmədikləri müsbət keyfiyyətləri üzə çıxarır. Bu baxımdan ailə qurmamışdan əvvəl gənclər sağlam ailə həyatının önəmli nöqtələrini bilməlidirlər.
Sevgi, məhəbbət və qarşılıqlı hörmət kimi mövzuları bilmək olduqca önəmlidir. Ailədə tarazlığı qorumaq, qarşılıqlı əlaqələrdə səhvə yol verməmək, ortaq fəaliyyətlərlə məşğul olmaq, fədakarlıq, aktiv cinsi həyat, yoldaşına laqeyd olmamaq lazımdır.
Bəzi hallarda elə cütlərə rast gəlinir ki, onlar bir-birləri üzərində nüfuz təmin etməyə çalışırlar. Ancaq bu olduqca səhvdir. Çünki zamanla nüfuzun təzyiqini hiss edən tərəf azadlığına həsrət duyar və sevdiyi insandan uzaqlaşmağa başlayar. Buna görə qarşılıqlı olaraq hörmət, sevgi və güc tarazlığını təmin etmək lazımdır.
Səhv bir davranışı ilk əvvəl danışmaqla həll etməyə səy göstərin. Daha sonra ona bir az zaman verərək düşünməsini təmin edin. Beləliklə qısa müddətdə uzlaşma yarana bilər.
Əlaqənizi monotonluqdan qurtarıb daha əvvəl tək başınıza etdiyiniz və ya heç təcrübə etmədiyiniz fəaliyyətləri birlikdə yerinə yetirin.
Beləcə həm gözəl zaman keçirə, həm də paylaşma sahələrinizi artırmış olarsınız.
Mütəxəssislər nizamlı seks həyatı olan cütlərin həm daha sağlam həm də daha xoşbəxt olduqlarını söyləyirlər.
Əgər münasibətlərdə soyuqluq hiss edirsinizsə sekslə məşğul olmağa üstünlük verin.
Əlaqələrdə qarşılıqlı fədakarlıq əhəmiyyətlidir. Subaylıq dövrünü geridə buraxıb "egocentric" davranmaq yerinə yola gedən olmaq lazımdır.
Fədakarlıq göstərmək əlaqənin daha uzun sürməsinə və problemlərin aradan qalxmasına vəsilə olacaq.
Qurulan yoldaşlıqlar əlaqə müddətində laqeyd münasibətlərə səbəb olmamalı əksinə hər iki tərəfin fərqli mühitlərinə hörmət edilməlidir.
Tarix: 08.01.2015 / 16:08 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Məlumatlar