Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alkoqol ürək xəstələrini ölməyə qoymur

Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ANS PRESS ABC NEWS-a istinadən xəbər verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişilər üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payın rəhbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır. Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.

Məlum olub ki, gündə iki dəfə spirtli içki içmək birinci dəfə ürək xəstəliyi ilə rastlaşan kişilərdə alkoqoldan istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Başqa səbəblərdən ölüm riskini isə 12% azaldır. İçkinin növü isə burada xüsusi rol oynamır. Əsas məsələ içkinin miqdarıdır.

Tədqiqatçılar hesab edirlər ki, bu həm ürək tutmalarından əvəl, həm də sonra faydalıdır, amma hər bir pasientin fərdi göstərişləri də əsasdır. Demək bunu bütünlüklə hamıya aid etmək olmaz, həmçinin qadın pasientlərə alkoqolun kömək edib-etmədiyi məlum deyil.


Tarix: 22.08.2012 / 03:38 Müəllif: [Ram] Baxılıb: 720 Bölmə: Maraqlı Məlumatlar
loading...