Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan beynindəki gizli bilgiləri oxumaq olarmı?

Beynimizin dərinliyində olan məlumatlar təhlükəsiz yerlərdədirmi? Amerika və İngiltərəli bir qrup alimin fikrinə görə, bu sualın cavabı "xeyr"dir.
Araşdırmaçı alimlər kompüter oyunları üçün istifadə edilən bir alət sayəsində kompüter istifadəçilərinin beynini oxuyuyaraq, gizli məlumatlar əldə ediblər.

Berkli, Oksford və Cenevrə universitetlərinin mütəxəssislərindən ibarət bir qrup bu yolla insan beyninin hakerlənə biləcəyini deyir. "Emotiv" adlı cihaz əldən istifadə edilmədən oyun oynamağa kömək edən vasitədir.

Könüllülər qrupuna "emotiv" taxılıb və kompüter ekranında bankların adları, şəkilləri, tanıdıqları şəxslərin adları, şifrələr nümayiş etdirilib.
Tanış obyektləri görən beyin P300 adı verilən özəl bir siqnal verib.
Araşdırmaçı alimlər bu siqnalı izləyərək gizli məlumatları əldə ediblər. Sınaq 40 faiz uğurla nəticələnib.

Qeyd edək ki, "emotiv"in satış qiyməti 299 dollar civarındadır.


Tarix: 09.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Məlumatlar
loading...