Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan xoruldayırsa, xərçəng riski 5 dəfə artır?

Xorultu xərçənglə əlaqəli ola bilər. Amerikalı mütəxəssislər hesab edir ki, əgər insan xoruldayırsa, xərçəng riski 5 dəfə artır. Rusiya mətbuatının verdiyi məlumata görə, yuxu pozğunluğu oksigen çatışmazlığına səbəb olur.
Qanda oksigenin konsentrasiyası az getdiyindən bu, orqanizmdə şiş xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bunu 1500-dən artıq xərçəng xəstəliyinə tutulmuş insan üzərində aparılan 22 illik tədqiqatların təhlili də sübut edir.

Viskonsin-Medison Universitetinin araşdırmalarına görə, ağır problemlər xərçəng riskinin 2 dəfə, az əhəmiyyətli hadisələr isə 10 % artırır.
Tədqiqatlara rəhbərlik edən həkim Xavyer Nieto hesab edir ki, xorultunu normal qarşılamaq düzgün deyil, buna ciddi problem kimi yanaşmaq lazımdır.


Tarix: 09.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar
loading...