Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəstəliklərə ən çox kimlər dözümlüdür: Q, K ?

Məlumdur ki, qadınlar kişilərlə müqayisədə kömək üçün həkimlərə daha həvəslə müraciət edirlər.
Lakin son araşdırma sübut edib ki, zəif cinsin nümayəndələri əslində daha çox xəstələnirlər.
Barselonanın Səhiyyə Agentliyindən doktor Devid Melmasinin rəhbərliyi ilə aparılan tədqiqat zamanı müəyyən olunub ki, qadınlar nəinki daha çox xəstələnirlər, həmçinin onlar arasında xroniki xəstəliklərin göstəricisi daha yüksəkdir. Qadınlar özləri isə vəziyyətlərini daha mənfi qiymətləndirirlər.

Mütəxəssislər 29 min insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər. Məlum olub ki, qadınların 38,8 faizi sağlamlıq vəziyyətlərini "pis", yaxud "çox pis" qiymətləndirir. 25,7 faizi isə xroniki xəstəliyin onların aktivliyini məhdudlaşdırmasından şikayətlənir. Kişilərdə isə bu göstəricilər müvafiq olaraq 27 faiz və 19,3 faiz təşkil edir.

Lakin daha yaxından baxdıqda məlum olub ki, analoji xəstəlik kişilər və qadınlar tərəfindən müxtəlif qiymətləndirilib (qadınlar xəstəliklərə daha çətin tab gətirirlər). Qadınlar artrit, psixi pozğunluq və əzələ problemləri kimi xroniki xəstəliklərdən daha tez-tez əziyyət çəkirlər.


Tarix: 22.08.2012 / 03:40 Müəllif: [Ram] Baxılıb: 641 Bölmə: Maraqlı Məlumatlar
loading...