Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kök hüceyrəsi, hər hüceyrəyə çevrilə bilər

Kök hüceyrə müalicələrinin vacib olduğunu ifadə edən Türkiyəli professor Dr. Erdal əzələ problemləri, kron, korluq, sirroz, karlıq kimi xəstəliklərin gen və toxuma-orqan (kök hüceyrə) mühəndisliyi ilə müalicə olunduğunu söyləyib. Bu üsulla ziyan görən hüceyrə - toxuma və ya orqanların bioloji funksiyalarını yerinə qaytarmaq (regenerativ tibb) və ya təmir etməklə (reparatif tibb) mümkün olur.
Bu prosesin mühüm bioloji ünsürü isə kök hüceyrələrdir. Dünyada bu müalicənin Avropa, Cənubi Asiya, Çin, Cənubi Koreya və Amerikaya yayıldığı bildirilir.
Kök hüceyrə üçün hər şeydən əvvəl uyğun laboratoriya mühiti lazımdır.
Türkiyənin Kocaeli Universitetində qurulan "kök hüceyrə araşdırma mərkəzində" laboratoriya mühitində kök hüceyrələrdən istifadə edilərək ürək əzələsi hüceyrəsi əldə edilir. Xüsusilə, onurğa iliyi faydalanmaları, sinir sistemi problemləri, travmatik beyin zədələri, demans, yaddaş itkisi kimi xəstəliklər kök hüceyrələri ilə müalicə edilir.
Məlumata görə gələcəkdə cəsəddən alınan bir orqanı laboratoriya hüceyrələrindən alındıraraq kök hüceyrələri ilə təkrar təchiz etmək olacaq.
Başqa sözlə həmin hüceyrələrdən təkrar insana nəql ediləcək toxumalar əldə ediləcək. Bu prosesdə üç ölçülü toxumalar çıxarılmağa başlayır.
Hüceyrə texnologiyası, hər hüceyrənin hər hüceyrəyə görə dəyişə bildiyini göstərir. Bu da xəstəliyin səbəbinə uyğun müalicəsində effektlidir.


Tarix: 08.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar
loading...