Məlumata görə İngiltərədə yaşadığı bildirilən Claire Jonesin adlı bir vətəndaşın maraqlı bir fobiyası olduğu bildirilir.
Jonesin deyilənə görə az qala bütün digər yeməklərdən qorxduğu üçün daha çox kartof yeməyə üstünlük verir. 23 yaşındakı gənc qızın digər yeməkləri yeməyi düşündüyü anda daxilində sanki çaxnaşma olduğu, təşviş və qorxu hissləri və vegetativ əlamətlərlə müşayiət olunan fobiya baş verdiyi bildirilir.
Gənc qadın başda kartof olmaq üzrə, yalnız məşhur ingilis pendiri çedder və kələm salatı yeyə bilir. Nadir hallarda isə çörək, sosis ya da burger istifadə edirmiş. Qidalanmada bu kiçik dəyişiklik belə onun mədəsini bulandırırmış.
Bu qadının qeyri-adi vərdişi hesablamlara görə təxminən 13 min kartof yediyi mənasında başa düşülür. Məlumatda həmçinin Jones-in bu yemə pozuqluğu ilə əlaqədar, "kartof yeməkdən sıxıldım amma özümü necə durduracağımı da bilmirəm" ifadəsini işlətdiyi də deyilir. Davamlı xəstələndiyi və immunitet sisteminin həqiqətən pis vəziyyətdə olduğu, yeni qidalar yemək sınağının da özünü fiziki olaraq xəstə etdiyi verilən məlumatda öz əksini tapır.
Tarix: 09.01.2015 / 10:50 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Məlumatlar