Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda fars tayfaları köçəri həyat sürürdülər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti- Cəmşid deyirdilər.
Əhəmənilər dövründə Farsın yaşayış memarlığı lokal xarakter daşıyır. Farslılar Qədim Babilistanın və Asiriyanın mistik dinini qəbul etmədilər. Onlar atəşpərəst idilər və şərəfinə qurbangah və məbəd tikdirdikləri işığı ilahiləşdirirdilər. Imperiya güc üzərində dayanırdı və tabe edilmiş xalqların, onların ənənələrinə, ibadətlərinə, sosial quruluşuna toxunmadan planlı qarət edilməsi hesabına çiçəklənirdi. B.e.əv. 331-ci ildə gənc makedoniya şahı İskəndər Misiri zəbt etdikdən sonra, böyük Fars şahlığı Makedoniyalı İskəndərin imperiyasının bir hissəsi olur. Persopolda Daranın sarayının xarabalıqları
Haxamanişlərin dövründə Pasarqad və Persepol şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi keçirilirdi. Şəhərdə gözəl şah sarayları tikilmişdi. Onu qala divarları əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman adlandırırlar. Persepol Şirazdan 50 km aralı, şimalda yerləşirdi. Şəhərinsalınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta əsrlərdə Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından (apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və qədim fars) yazı həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr (saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri) təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də başlarmış. 10000 nəfər adamı yerləşdirən, 62,5x62,5m ölçüləri olan apadananın zalı hündürlüyü demək olar ki, 19m olan 30 gözəl mərmər sütuna malik idi. Onların ağac dirəklərdən əmələ gəldiyinə, sütunun hündürlüyündən 2/5 yaxın hündürlüyü və mürəkkəb profili olan kapitellərin həlli işarə edir. Möhkəm sidr tirlərindən olan örtük, sütunların enli düzülüşünə imkan verirdi.
Бог Фархавар, видимая сторона Аурамазды, изображение из Персеполиса
Fars kapitelinin əsas elementi – üzərinə örtüyün tirlərinin düzüldüyü, ikiyə bölünmüş ağac tirdir (dirək). Örtüyün tirlərinin düzüldüyü, ikiyə bölünmüş ağac tir — fars kapitelinin əsas elementidir. Tir (dirək) nəticədə (protomlar) öküzlərin qatlanmış ayaqları ilə dekorativ formalarını alır, aşağı hissədə onun sütununun gövdəsi misir məbədlərinin kapitellərində olduğu kimi volyutalarla, zənglə və kampanula ilə — gövdənin cüzi yoğunlaşması ilə bəzədilirdi. Ağac sütunun altına qoyulmuş, kvadrat plitə üzərində əvvəlcə daş barabanı təşkil edən baza, sonradan mürəkkəb profilləmə əldə edir.
Urartu və Midiyadan dağlıq qala tikintisi üsulları, daşın emalı texnikası, qaya məqbərə tipləri götürülür. Babilistan və Asuriyadan farslar platformalarda şah saraylarının monumental gözəlliyini mənimsəmişdilər.
Qədim İran memarliği .(b.e.əv. III əsr – VII əsr) Makedoniyalının ölümündən sonra imperiya onun sərkərdələri arasında bölüşdürülmüşdü. Ön Asiya, b.e.əv. III əsrdə Parf şahlığını yaratmış Arşəkidilər sülaləsi tərəfindən tədricən sıxışdırılıb çıxarılan, Selevkilərin ellinist sülaləsinin banisi olan Selevkə çatdı. Parflılar özlərini Şərqdə yunan mədəniyyətinin varisləri hesab edirdilər, ancaq qədim ənənələr üzərində yaranmış yerli mədəniyyət və memarlıq yadelli təsirə güzəştə getmirdi. Iqlim, tikinti materialları və xammaldan tikinti təcrübəsi təkcə parf memarlığının məkan həllini və simasını deyil, həm də Ön Asiyanın sonrakı ilkin feodal və müsəlman dövlətlərinin memarlığını da müəyyən etdi. Farslar tərəfindən iri qurğuların örtüklərində tətbiq edilən ağac tirləri əvəz edən, günbəz və tağ konstruksiyaları geniş vüsət alır. Antik orderlər ancaq divarın dekorativ parçalanması üsulu kimi, həm də son dərəcə yenidən işlənmiş formada istifadə olunur.
Artıq parf memarlığında – öz əsasını xalq məskənlərinin kölgəlik lojiyalarından və iki möhkəm pilonlar arasında divar oyuğu şəklində xet və suriyanın monumental ön girişlərindən alan eyvan – tağla örtülmüş enli lojiya --yaranır. Daxili həyətə onun dörd tərəfi boyunca açılan eyvanlar, Şərq memarlığında geniş yayılmış planlaşdırma üsulu olur.
B.e. III əsrinin əvvəlində müasir İranın əraziləri Sasanilərin hakimiyyəti altında birləşir. Onların hakimiyyəti dövründə kərpic günbəzlərin və tağların ucaldılması təcrübəsi inkişaf etməyə davam edir. Sasani memarlığının erkən nümunələri mühəndis məslələrinin həllinə cəsarətsiz yanaşmaların sübutudur. Firuzabad sarayındakı 13 m aşırımlı günbəzlər demək olar ki, ən yuxarı hissəyə qədər dayaq divarının qalınlığından ayrılmırlar. Amma artıq burada kvadrat özüldən günbəzə – konik tağlar, tromplar arasından keçid həyata keçirilir.
Sarvistandakı saray günbəzlərin ucaldılmasının daha yüksək ustalığını nümayiş etdirir. Sasanilərin qüdrətinin ən yüksək dövründə (IV əsrin sonu) tikilmiş Ktesifondakı saray özünə 26.7m aşırımlı parabolik qübbə ilə örtülmüş taxt-tac zalını daxil edir. Yandırılmış kərpicdən geniş açılmış qübbə tağının miqyası, müxtəlif hündürlüklü 6 çıxıntılı yaruslara parçalanmış və kontrafors-yarımsütunlarla gücləndirilmiş fasad divarının xırda işlənməsi ilə qeyd olunur. Qübbə şüşə mozaika ilə bəzədilmiş, zalın divarları isə mərmərlə üzlənmişdi.
Ktesifon (həmədan) sarayı- Sasanilərin yadigarı
Tarix: 09.12.2014 / 13:17 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)