Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Misir memarlığı

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir.
Misirin b.e.əvvəl XXVIII-I əsr memarlığında aşağıdakı əsas mərhələləri ayırmaq qəbul edilib; sülaləyə qədərki dövr (b.e.əvvəl IV minillik); Qədim şahlıq (b.e.əvvəl XXX-XXIII əsrlər); Orta şahlıq (b.e.əvvəl XXI-XVIII əsrlər); Yeni şahlıq (b.e.əvvəl XVI-XI əsrlər); Son dövrlər (XI əsr – b.e.əvvəl 332 il).
Qədim Misir memarlığı – bu dunya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biridir. Bu zamana qədər heç bir yerdə bu qədər saysız-hesabsız və belə monumental qurğular yaradılmamışdır. Əzəmətli memarlığın sərt gözəlliyi, çox vaxt Mirisin təbiəti və əsas tikinti materialı — daşın müxtəlif növlərinin çoxluğu ilə diktə edilmişdi. Qədim misir memarlarının ciddi riayət etdikləri ənənə və qanunlara baxmayaraq, sənətkarlar özünün memarlığı və həcm-planlaşdırma kompozisiyalarına görə müxtəlif olan türbə (sərdabə, məqbərə)-ehramlar, ölülər üçün qurulmuş məbədlər, əzəmətli ansambıllar və şəhərlər yaratdılar. Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Sakkarada memar İmxotep tərəfindən yaradılmış yeddiyaruslu 60-metrəlik firon Coserin ehramı (b.e.əvvəl XXVIII əsr) – bu məqbərənin mükəmməl formasının axtarışının nümunəsidir. B.e.əvvəl XXVII əsrdə Cizədə ucalan firon Xeops, Xefren və Mikerinin formaca dəqiq və mükəmməl ehramları Misirin xüsusi simvoludur. Ən əzəmətlisi – memar Xemiun tərəfindən tikilmiş Xeopsun ehramı – iki milyondan çox daş bloklardan tikilmişdi. Giz ansamblı özünün tərkibində üç ehramdan əlavə çoxlu sayda ölülər üçün qurulmuş məbədlərə, məstəbə və onu tamamlayan digər elementlərə məsələn, Xefrenin ehramının oxunda dayanan Sfinksin nəhəng fiquruna malik idi.
Orta şahlıq yeni memarlıq simalarının axtarışına başladı, b.e.əvvəl XXI əsrdə Deyr-əl-Bəxridə tikilmiş firon I Mentuxotepin məqbərə-türbəsi bunun sübutu oldu.

Yeni şahlığın Amon tanrısına həsr olunmuş (ithaf edilmiş) məqbərə kompleksləri Fivdə ucaldılmışdı. Müvafiq olaraq b.e.əvvəl XVI əsrdə memar İneni və b.e.əvvəl XV əsrdə memar Kiçik Amenxotep tərəfindən tikilmiş, öz aralarında əlaqəli olan Karnak və Luksor məbədləri memarlığın yeni xüsusiyyətlərinin əmələ gəlməsinə gətirib çıxartdı. Vaxt keçdikcə Karnak və Luksor məbədləri xiyaban və meydanlı, sütunlu və məbədli özünəməxsus daş şəhərlər oldu. Memar İupa və Xatian b.e.əvvəl XIV-XIII əsrlərdə ölçüləri 103x52m olan ən böyük, hipostil deyilən salon ucaltdılar. B.e.əvvəl XV əsrdə memar Senmut tərəfindən Fiv yaxınlığında Deyr-əl-Bəxridə tikilmiş Xatşepsut çariçasının ölülər üçün qurulmuş məbədi, özü ilə pandusla birləşdirilmiş üç nəhəng terrasdan ibarət xüsusi kompleks təşkil edir. Məbəd dağların ətəyində yerləşir və elə bil ki, qayaların içərilərinə batır. Yeni şahlığın ikinci yarısında (b.e.əvvəl XIV-XI əsrlərdə) bir sıra ölülər üçün qurulmuş məbədlər yaradılmışdı. Onların arasında Əbu-Simblda II Ramsesin Böyük məbədi (b.e.əvvəl XIII əsrin birinci yarısı) seçilir. Orderin və sütunların müxtəlif tiplərinin işlənib hazırlanmasında qədim Misir memarlarının xidməti çox böyükdür.

Deyr əl-Bəhridə Xatşepsutun xeyrat məbədi. Əzəmətli tikintilərdən Deyr əl-Bəhridə Xatşepsutun xeyrat məbədini və Mədinət-Abuda III Ramzesin böyük məbədini göstərmək olar. III Ramzesin məbədi dördbucaq şəklində tikilmişdi. Buraya kanal çəkilmişdi. Qaya məbədləri əzəmətli və dəbdəbəli idi. Abu-Simbeldə II Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Qayanın içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və zərif bəzəklər vurulurdu.
Hatshepsut temple
qədim Misir memarlığına nümunə-Hatşepsutun məbədi

Coser məbədi. Ehramın ən qədim nümunəsi Sakkarada təmsil lunmuşdur. Firon Coserin şərəfinə burada pilləli ehram tikilmişdi Qahirənin yaxınlığında (b.e.əvvəl təqrinbən 3000 il), Sakkarada Coser sülaləsindən III ironun piramida kompleksi, Qədim Misirin böyük monumental abidələrinin ən erkən nümunələrindəndir. Baş inşaatçı – memar İmxotepdir. Kompleksin ümumi sahəsi – 15ha yaxındır.
Coser ehramı

Cizədə piramidaları. Misir piramidaları arasında, Memfisin (b.e.əvvəl təqribən 2900-2700 illər) qədim paytaxtından şimala doğru, müasir Qiz kəndi yaxınlığında üç piramida böyük şöhrətə malikdirlər. Qiz piramidaları IV sülalənin üç fironunun: Xeops, Xefren və Mikerinin məqbərəsi kimi xidmət edirdi. Onlardan ən böyüyü – Xeopsun ehramı – təxminən 147m hündürlüyə malik idi. Xefrenin ehramı ondan cəmi üç metrə aşağı idi. Mikerinin ehramı təqribən iki dəfə onlardan alçaq idi. Qiz ehramlarında cənazə sərdabələrinə yol maksimal olaraq çətinləşdirilib.
Gizada piramidalar

Ən möhtəşəm memarlıq dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş həyət sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri varmış. Onun təkcə böyük salonu 16 cərgədə ucalan 134 sütundan ibarət imiş. Böyük salonun 12 mərkəz sütunu 21 m hündürlüyündə imiş. Salonun sahəsi 5 min m2-dən artıq imiş.

Əbu-Simbeldə II Ramzesin məbədi. Abu-Simbeldə II Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Əbu-Simbeldə b.e.əvvəl XIII əsrin birinci yarısında tikilmiş Böyük məbəd Nilin qərb sahilində yerləşdirilmiş, onun fasadı şərqə doğru çevrilmişdi. Doğan günəşin ilk şüaları, məbədin yeraltı salonlarının anfiladasını doldururdu və ibadətgahın özünə qədər yayılırdı. Qayanın içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və zərif bəzəklər vurulurdu. Girişin kənarları üzrə II Ramsesin iyirmi metrəlik iki portret heykəli ucalırdı. Girişin üzərində, heykəllərin baş və çiyin səviyyəsində, düzbucaqlı dərin divar oyuğunda şahinbaşlı günəş tanrısının altı metrəlik təsviri yonulmusdu. Girişin arxasında, ümumi uzunluğu 55 m. olan, uzununa ox üzrə məbədin, qayada çapılmış yerləşgələri yerləşdirilmişdi.


Tarix: 09.12.2014 / 13:08 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...