Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta əsrlər mədəniyyəti

1. Orta əsrlər dövrünə aid mədəniyyətə müqəddimə
2. Böyük Karl imperiyası
3. Bizans
4. Ərəb mədəniyyəti
5. İran mədəniyyəti

Orta əsrlər ümumdünya tarixinin qədim dünya tarixindən sonraya və yeni tarixdən əvvələ təsadüf edən dövrü əhatə edir.Orta əsrlər tarixi üç inkişaf mərhələyə bölünür:
birinci- V əsrin sonu – X əsr;
ikinci – XI-XV əsrlər;
üçüncü – XVI-XVII əsrin ortaları.
Birinci orta əsrlər dövr genezis ya ilk feodalizm: ikinci mərhələ – klassik- feodalizmin son tarixi mərhələsi və böhranı.
İlk dəfə orta əsrlər anlayışı intibah dövrü İtaliya humanistləri tərəfindən istifadə olunmuşdur.
XVIII əsrdən başlayaraq tarix elmində ixtisaslaşdırılmış bölmə-medievistika yaranmışdı (orta əsrlər tarixi).
Beləliklə, tarixin Orta əsrlər dövrü dünyanın bütün xalqlarının feodalizm formasiyasında keçdiyi tarixi mərhələsini öyrənir.

Təxminən XII əsrlik bir dövrü əhatə edən Orta əsrlər Qərbi Avropa mədəniyyəti siyasi, iqtisadi və mədəni həyatdakı dəyişikliklər, incisənətdə yeni cərəyan və üslubların yaranması ilə xarakterizə olunur. XIX-XX əsrlər qərb sivilizasiyalarının böhranı dövründə alim-kulturoloqlar orta əsrlərin zəngin mədəniyyətini hərtərəfli öyrənməyə başladılar.
Birinci dövr üçün Avropa xalqlarının formalaşması prosesi, qərbi Avropa xristian mədəniyyəti tipinin yaranması, xristianlığın daha da möhkəmlənməsi və geniş yayılması xas idi. Antik mədəniyyətin və sivilizasiyanın süqutu xristianlığın bütpərəstlik üzərində qələbəsi hesab edilsə də, bu qələbə tam deyildi, çünki xristianlıq və bütpərəstliyin qalıqları arasında mübarizə bütün orta əsrlər boyu davam etdi.
İkinci dövr mədəniyyətinin mühüm hadisəsi-xristian dininin yayılması ilə əlaqədar bu Dinin əsas atributu olan kilsələrin kütləvi tikintisi və nəticədə memarlıqda roman və qotika üslublarının bərqarar olması idi. Klassik orta əsrlərdə memarlıq və bədii ədəbiyyətla yanaşı incəsənətin digər növləri-tentr, musiqi, heykəltəraşlıq, rəngkarlıq da inkişaf edirdi.
Üçüncü dövr dahi Dantenin, Akvianlı Fomanın adları ilə bağlıdır. Bu dövrdə həmçinin elm və təhsilin inkişafı, fəlsəfədə sxolastikanın əsas istiqamətə çevrilməsi xas idi. (Sxolastika – feodal cəmiyyətinin dini-idealistik fəlsəfəsi, real həyat və praktikadan formal bilik)

Feodalizm dövründə formalaşan orta əsrlər mədəniyyəti bir çox ölkələrdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu dövrdə Hindistan və Çində yüksək inkişaf səviyyəsinə çatmışdır, Yaxın Şərq mədəniyyətində əsil çiçəklənmə müşahidə olunur, müsəlman məscidləri və saraylar bu dövrün memarlıq incisi sayılır.
Feodal münasibətləri müxtəlif xalqlarda müxtəlif cür formalaşaraq özünəməxsusluğu ilə fərqlənir.
Bəzi xalqlar feodalizmə quldarlıq quruluşunu keçirmədən bir-başa gəlmişlər. Məsələn, slavyan və ərəb xalqları, geram tayfaları və s. slavyan xalqları feodal dövlətlərini yalnız öz zəminində yaratsa da siyasi və ictimai əlaqələr saxladıqları ölkələrin mütərəqqi ənənələri və yüksək bədii mədəniyyəti bu xalqların bədii inkişafına təkan verdi. Məsələn, qədim Rus dövlətinin incəsənəti Bizansın təsiri altında inkişaf etmişdi. Bununla belə, Rusiya müstəqil dövlət olub öz bədii ənənələrinə malik olduğu üçün bu bənzərliklə yanaşı orta əsr Rus incəsənətində özünəməxsusluq xas idi. Ərəb xalqlarının da bədii inkişafı Bizansın təsirinə məruz qalmış, lakin burada ərəblərin işğal etdikləri Şərq xalqlarının bədii ənənələrinin təsiri daha çox hiss edilir. Bu təsirin nəticələri isə yeni keyfiyyət əldə edərək özünəməxsus şəkildə formalaşır.
Orta əsrlərdə Şərq və Qərb ölkələrinin mədəni səviyyəsi nə qədər müxtəlif olsa da, həm Şərq, həm də Qərb ölkələrində cəmiyyətin inkişaf səviyyəsi, mədəniyyəti eyni tipli feodal cəmiyyətinin, ictimai sistemin inkişafının nəticəsi idi.
Antik dövrdən feodalizmə keçid Qərbdə barbarların işğalı ilə əlaqədar keçmiş bədii ənənələrin məhv edilməsi və yeni mədəniyyətin az qala quru yerdə yaradılması müşahidə edilir. Keçmiş ənənələrin üzərindən xətt çəkilməsi burada da müvəffəqiyyətsizliklə nəticələnir. Ümumiyyətlə, barbarların antik mədəniyyətinə münasibəti ziddiyyətli idi. Bunların bəziləri Roma adətlərini qəbul edir, digərləri isə əksinə, onlara düşmən münasibəti bəsləyirdi. Lakin hər iki halda işğalçılar Roma imperiyasının əzəmət və təmtərağı qarşısında vəcdə gəlirdilər, hətta bəzi Barbar rəhbərləri romalıları özlərinə müəllim və məsləhətçi seçirdilər. 395—ci ildə Roma imperiyası iki hissəyə ayrıldıqdan sonra daxili çəkişmələr Qərbi daha çox zəiflətdi və barbarların əsarəti altına saldı. 476-ci ildə Qərbi Roma imperiyasının süqutu ilə Qədim Dünya tarixinin də sonu hesab edilir. V-VIII əsrlər ərzində keçmiş Qərbi Roma imperiyasının ərazisində Qerman tayfalarının dövlətləri yarandı.
Barbarların xristianlaşması və Dinin təsiri incəsənətdə hiss edilir. Əgər əvvələr Barbar tayfalarının incəsənəti köçəri həyat sürdüklərindən yalnız dekorativ-tətbiqi sənətdən ibarət idisə, tədricən incəsənətdə memarlığın inkişafı içərisində xristian simaları və müqəddəslərin təsvirləri olan məbədlərin inşa edilməsi müşahidə edilir.

768-814-cü illər Frank krallığında Böyük Karlın hakimiyyəti dövründə mədəniyyətdə mühüm dəyişikliklər baş verdi(bax: Qərbi Avropanın mədəniyyəti ilk orta əsrlərdə). Bu adın latınca “Karolis” kimi səslənməsi ilə əlaqədar Avropa hökmdarları o vaxtdan özlərini “korol”, yeni “kral” adlandırmağa başladılar. Frank hökmdarları sülaləsinə isə Karolinglər deməyə başladılar. 800-cü ildə Milad günü Romada papa III Lev Böyük Karlın başına “roma serarlarının tacını” qoyur. Beləliklə, Qərbi Avropada Karl imperiyası yaranır. Böyük Karl Roma imperatoru olur. Onun dövründə Frank krallığı öz ərazisinə görə az qala keçmiş Qərbi Roma imperiyası böyüklüyündə idi. Nəhəng ölkəni idarə etmək üçün böyük Karla savadlı məmur və hakimlər lazım idi. Məhz onun dövründə mədəniyyətin dirçəlişi başladı. Buna “Karolinq intibahı”da deyilir. Böyük Karl öz sarayında digər ölkələrdən savadlı adamlar dəvət edirdi. Onlardan anqlosakson rahibi və alimi Alkuin nəinki təhsili təşkil edir, həmçinin məktəb dərslikləri də yazırdı. Sarayın nəzdində elmi biliklər üçün cəmiyyət - “Saray akademiyası” təşkil edildi. Karolinglər hakimiyyəti illərində antik dövr dövlətçiliyin və mədəniyyətin idealı elan edildi.
Özünü Roma imperatorlarına oxşatmağa çalışan Böyük Karl imperiyanın bir sıra şəhərlərində daş saray və kilsələr tikdirdi. İnşaat işlərində Roma memarlığı təqlid olunur. Miniatürçülər üçün Roma rəngkarlığı nümunə idi. Müasir Almaniyanın ərazisində olan Axen şəhərini özü üçün paytaxt seçən Böyük Karl burada kral sarayı, inzibati binalar tikdilər. Bu günə qədər qalmış gözəl binalarından olan Axen kapellasını, Lorş monastrının darvazalarını və s. qeyd etmək olar. Karolinglər dövrü incəsənətinin və sənətlərin son himayədarı II Karl oldu. Ondan sonra, demək olar ki, X əsrədək elə bir sanballı, bədii mərkəz olmadı. Ümumiyyətlə, Böyük Karl imperiyası dağıldıqdan sonra “Karolinq intibahı” tezliklə məhv oldu. Böyük Karlın ölümündən sonra imperiyanın ayrı-ayrı hissələrinə idarə edən varislər arasında aramsız müharibələr gedirdi. 843-cü ildə onun üç nəvəsi Verden şəhərində imperiyanı bölüşdürmək haqqında müqavilə bağladı. Sonralar imperiyanın ərazisində üç böyük krallıq – Fransa, Almaniya və İtaliya dövlətləri yarandı.
Bütün feodalizm cəmiyyəti dövrü ərzində həm Şərqdə, həm Qərbdə dini ideologiya – yeganə hakim ideologiya oldu. Qərbdə xristianlığın hakim din olması üçün müddətli və inadlı mübarizə aparılırdı.
Erkən orta əsrlərdə mədəniyyətin tənəzzülü müşahidə edilirdi. İnsanların elm və texnikanın aşağı səviyyədə olması nəticəsində quraqlıq, sel, yoluxucu xəstəliklər zamanı aciz qalır, təbiətin vahiməli qüvvələri qarşısında dəhşətə gəlirdilər.
XI əsrdən başlayaraq Xaç yürüşləri nəticəsində Qərbi Avropa, Şərq və Bizans mədəniyyəti ilə tanış oldu. Siciliya və İspaniyada yeni mədəniyyət mərkəzləri yarandı. Yunan və ərəb alimlərinin – Ptolomey, Arximed, Qalen, Hippokrat, İbn-Sina, İbn – Rüşt əsərlərlə tanışlıq XIII əsrdə azad fikirliliyin və rasionalizmin Qərb Universitetlərində yayılmasına səbəb oldu.
Orta əsrlər elmində 4 istiqamət nəzərə çarpır: 1) fiziki-kosmoloji. Bunun əsasını hərəkət haqqında təlim təşkil edir; 2) İşıq haqqında təlim; 3) Canlılar haqqında elmlər; bunlar ruh haqqında hesab edilir və həm bitki, həm heyvan, həm də insan həyatının prinsip və mənbəyi sayılır; 4) Astroloji-tibbi elmlər kompleksi və əlkimya. Əlkimya – orta əsr mədəniyyətinin əsasını elmi ümumiləşmə, fantaziya, rasional məntiq və mifologiyası birləşdirir. Orta əsrlərdə sxolastika ilə mübarizə aparan fəlsəfi və dini cərəyanlar mövcud idi ki, bunlardan ən mürtəcisi mistikləridi. Mistisizm – insanın “fövqəltəbii qüvvələr” və qismən də Allahla ünsiyyəti və qovuşmasının mümkünlüyü haqqında dini-idealist təlim olmuşdu. Sonrakı dövrlərdə təkallahlı dinlərin və idealist fəlsəfənin əsas ünsürlərindən birinə çevrilmişdir.

Bizans imperiyası IV əsrdə Roma imperiyasının parçalanması (395 il) nəticəsində onun şərgində yaradılmış və XV əsrin ortalarına qədər mövcud olmuş dövlət və paytaxtı Konstantinopol idi. Bizanslılar özlərini romalı, öz dövlətlərini isə Roma adlandırırdılar. Bizansın iqtisadiyyatında yunan əhalisi üstün rol oynayırdı. İmperiyanın dövlət dili IV-VI əsrlərdə latın dili, VII əsrdən isə yunan dili olmuşdu. Bizans tarixində üç əsas dövrü ayırmaq olar: 1) Birinci dövr IV əsr-VII əsrin ortaları; 2) İkinci dövr VII əsrin ortaları – XIII əsrin əvvəlləri; 3) Üçüncü dövr 1204-1453 illər.
Bizans mədəniyyətinin formalaşmasında siyasi iqtisadi və ideoloji amillər böyük rol oynamışdır. Qərbi Avropada olduğu kimi siyasi sistem kökündən dağılmamış və barbarların təsiri burada daha az olmuşdur. Bizans dövlətində maddi istehsalın səviyyəsi (XII əsrə kimi) Qərbə nisbətən yüksək olmuşdu. Maarifdə, bədii yaradıcılıqda, təsviri sənətdə antik ənənələr sabit saxlanmışdı. Bizans mədəniyyətinin səviyyəvi cəhəti budur ki, o da Qərbi Avropa mədəniyyətində olduğu kimi xristian mədəniyyəti şəklində formalaşmışdır. Mədəniyyətin ən mühüm sahələrində aləm haqqında təsəvvürlər xristian mifologiyasından, müqəddəs kitablardan əks edilmiş ideyalardan bəhrələnmişdi. Bibliya və müəyyən dərəcədə antik klassiklərin ənənəsi zəruri bilik mənbəyi hesab olunurdu. Bibliyada eksperiment və elmi müşahidələrə nadir hallarda müraciət edilirdi. XI əsrdən başlayaraq ərəblərin tibb təcrübəsi öyrənilmiş, Şərq ədəbiyyatından nümunələr tərcümə edilmiş, sonralar ərəblərin və İranlıların riyaziyyatına və ədəbiyyatına maraq oyanmışdı. Elmdə olunan nəticələr, bizans mədəniyyətinə böyük təsiri olmuşdu.
XII əsrədək Bizansda maarif Avropadakına nisbətən daha yüksək səviyyədə idi. Tədris proqramı VII əsrədək bütpərəst əsatirlərinə, sonralar isə xristian kitablarına əsaslanırdı. Bizansda monastır məktəbləri də var idi. 425-ci ildə Konstantinopolda yaradılmış və dövlət idarəsi hesab olunan ali məktəb Afina, Beyrut, İsgəndəriyyə və başqa şəhərlərdə antik dövrdən qalmış ali məktəbləri sıxışdırdı. XI əsrin ortalarında Konstantinopolda dövlət məmurları hazırlayan hüquq və fəlsəfə məktəbləri açıldı. XII əsrdə ali məktəb kilsənin himayəsinə verildi. 1204-cü ildən sonra Bizansda ali məktəb fəaliyyətini dayandırmış, monastır məktəbləri dövlət məktəblərini daha çox sıxışdırmışdı.
IV-VI əsrlərdə Bizansda riyaziyyatı, əsasən, antik riyaziyyatın sərhindən ibarət idi. VI əsrdə Aristotel və Arximedin əsərlərinin şərhi nəşr edilmişdi. Cəbrdə IX əsrdə hərflərdən, XII əsrdə isə ərəb rəqəmlərindən istifadə edilirdi. XIII-XIV əsrlərdə Şərq elmlərinə maraq artdı, ərəb və İran riyaziyyatı və astronomiyası öyrənildi. Bizans kimyagərləri müxtəlif boyalar, şüşə və s. istehsal etmək üçün təcrübi vərdişə malik idilər. Zoologiya, botanika, aqrokimya elmləri, əsasən, sərh xarakteri daşıyırdı. Bizans təbabəti antik ənənəyə əsaslanırdı. Tacir və səyyahların səyahətinin, vilayətlərin, şəhərlərin təsviri Bizans coğrafiyasının başlanğıcı oldu. VI əsrdə Ərəbistan və Afrikanın müxtəlif ölkə və xalqları haqqında dəqiq məlumatlar verildi. Bir çox dövlətlər haqqında əsərlər yazıldı. Bizans texnikakası və sənətkarlığın antik texnikasına əsaslanırdı. Bizansın XII əsrə kimi Avropada zərgərlik, ipəkçilik, toxuculuq, tikinti və gəmiqayırma sahələrində qabaqcıl dövlət sayılırdı.
Hakim siniflərin ideologiyasının tərkib hissəsi kimi formalaşan Bizans fəlsəfəsinin ideya mənbəyi Bibliya və klassik yunan fəlsəfəsidir. Bizans bir çox ölkədə fəlsəfənin inkişafına böyük təsir göstərmişdir. İntibah dövrü fəlsəfi fikrinin əsas ideya mənbələrindən olmuşdur.
IV əsr – VII əsrin ortalarında Bizans tarix elmində antik ənənələr hələ qalmaqda davam edirdi. VI əsrin sonu – X əsrlərdə bəşər tarixinə aid xronikal əsas janr idi. XI əsrin ortaları – XII əsrdə Bizansın tarix elmində yüksəliş başladı.
Bizans mədəniyyəti üçün xarakterik olan sistemləşdirməyə və ənənəliyə meyl Bizans hüquq elmində daha aydın nəzərə çarpır.
Bizans hüquq elminin yüksəlişi XI əsrdən, Konstantinopolda ali hüquq məktəbi yaradıldıqdan sonra başlandı.
Bizans ərazisində yaşayan xalqların yunan dilində dini və dünyavi ədəbiyyatı olmuşdur. Bizans ədəbiyyatının təsiri bir çox slavyan xalqlarının formalaşmasına və inkişafına töhvəsi olmuşdu.
Bizans incəsənəti VI əsrdə Qədim roma imperiyasına daxil olan ölkələrin incəsənət ənənələri əsasında formalaşmışdır. Kilsə-dövlət nəzarəti Bizans incəsənətinə də təsir göstərmişdi. Təsviri sənət və memarlıq əsərlərində imperiyanın zənginliyi, qüdrəti, saray həyatı və dini mərasimlər əks etdirilirdi. Konstantinopoldakı möhtəşəm Aysofiya məbədi (532-537) və s. binalar süjetli mozaikalar və heykəltaraşlıq əsərləri ilə bəzədilmişdir.
Bizans boyakarlığı emosional ifadəliliyi ilə fərqlənir. Bizans incəsənəti, Balkan ölkələrinin, Qafqaz xalqlarının, həmçinin qədim rus incəsənitinin inkişafına böyük təsir göstərmişdir.
Bizans musiqisində yeni dövrün başlanğıcı oldu: o kilsə musiqisində, eləcə də not işarələrinin yazılışında islahatlar aparmışıdı. Şərqi və Qərbi Avropa musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Bizans musiqisi Osmanlı imperiyasının istilasından sonra tənəzzülə uğramışdır.


VII-X əsrlərdə ərəblərin yaratdıqları dövlət – Ərəb xilafəti və onun tərəfindən zəbt etdikləri böyük coğrafi ərazilər, orada yaşamış xalqların qarşılıqlı mədəni təsiri prosesində yaranmış mədəniyyət ümumiləşdirilmiş ərəb mədəniyyəti adlandırılmışdı. Ərəb mədəniyyəti anlayışı həm ərəblərin mədəniyyətini, həm də xilafət tərkibinə daxil olan bir sıra orta əsr xalqlarının ərəbdilli mədəniyyətini bildirmək üçün işlədilir.
Ərəb mədəniyyətinin yaranmasına, ilk növbədə islam dininin meydana gəlməsi və xilafətin tərkibinə daxil edilmiş xalqların mədəniyyətinin təsiri olmuşdu, bunun nəticəsi olaraq ümumi mədəniyyətin formalarının meydana gəlməsinə şərait yaratdı və onun sonrakı inkişafında mühüm rol oynamışdır.
VII əsrin sonundan VIII əsrin ortalarınadək Əməvilərin paytaxtı Dəməşqlə yanaşı, Ərəbistanda Məkkə və Mədinə, İraqda Küfə və Bəsrə şəhərləri ərəb mədəniyyətinin formalaşdığı əsas mərkəzlər olmuşdur.
Ərəb mədəniyyəti IX-X əsrlərdə çiçəklənmə dövrünə çatmışdı. Ərəb mədəniyyəti, ilk növbədə elmin inkişafı: fəlsəfə, təbabət, riyaziyyat, astronomiya, coğrafi biliklər Avropa xalqların mədəniyyətini zənginləşdirmiş və dünya mədəniyyətininin xəzinəsinə çox qiymətli payı olmuşdu. Maddi mədəniyyət və incəsənət, bu sırada memarlıq, bədii sənətkarlıq sahəsində qiymətli abidələr yaradıldı.
X-XV əsrlərdə ərəb-ispan mədəniyyəti çiçəklənmə dövrünü yaşayırdı. Astronomiya, riyaziyyat, kimya və təbabət elmlərində daha böyük müvəfəqiyyətlər qazanılmışdı.
XVI əsrdə ərəb ölkələri Osmanlı imperiyasının əyalətlərinə çevrildi və ərəb mədəniyyətinin tənəzzülü başlamışdı.
XIX əsrin 1-ci yarısından ərəb mədəniyyətin keyfiyyətcə yeni inkişaf dövrü başlandı.
Xilafət dövründə təbiyyət elmlərinin ilk inkişaf mərkəzləri Suriya, qismən İran olmuşlar. İslam ölkələri alimləri antik elmi ədəbiyyatın mühüm hissəsi ilə tanış edən yunan və Suriya dilindən təcrümələr Qərbi Avropanın antik elmlə tanışlığı üçün əsasən yeganə mənbə olmuşdur.
Abbasilər xilafəti dövründə Bağdad öz kitabxanaları və məktəbləri ilə böyük elmi mərkəzə çevrildi. Sonralar Bağdadla yanaşı Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və başqa şəhərlərdə yeni elmi mərkəzlər yarandı. Hind mənbələrdən götürülmüş, mövqeli onluq say sistemi geniş yayıldı. Xarəzmi hesaba dair ərəb dilində ilk əsər yazdı. Kaşı onluq kəsrdən ilk dəfə istifadə etdi, onlar üzərindəki əməlləri göstərdi. Əbu-l-Vəfa, Biruni, Ömər Xəyyam, Nəsirəddin Tusi və Kaşinin əsərlərində tam dərəcəli kökalma üsulları işləndi və sistemə salındı.
Astronomiyaya dair müvəfəqiyyətlər Ptolomey və Hind alimlərinin əsərlərinin tərcüməsi ilə başlandı. Ərəb astronomları göy cisimlərinin koordinatlarının təyini üsullarının birindən digərinə keçid qaydalarını işlədi.
Tibb sahəsində də böyük müvəfəqiyyətlər qazanılmışdı. İbn-Sinanın “Tibb elminin qanunu” orta əsr Şərgində və Qərbi Avropada uzun müddət tibbi praktikaya dair əsas vəsait olmuşdur.
Müxtəlif xalqların orta əsrlər tarixinin öyrənilməsi mühüm əhəmiyyəti var. Ərəb coğrafiyaşünas-səyyahları bütün müsəlman Şərginin, həmçinin Avropa, Şimali və Mərkəzi Afrikanın, Şərgi Afrika və Asiya sahillərindəki bir sıra ölkənin təsviri, coğrafi mövqeyi, təbii şəraiti, yaşayış məntəqələri və s. haqqında ətraflı məlumat vermiş, burada mədəni bitkilərin və faydalı qazıntıların yayılması yerlərini göstərmişlər. Ərəb coğrafiyaşünas-səyyahların yalnız fiziki-coğrafi şərait deyil, həmçinin məişət, sənət, mədəniyyət, dil, dini görüşlər də eyni dərəcədə maraqlandırmışdır.
Coğrafiya elminin çiçəkləndiyi X əsrdə yeni kəşflərin və məlumatların demək olar ki, heç biri ayrı-ayrı xəritələrdə öz əksini tapmamışdı. Ərəb coğrafiyaşünasları xilafətin hüdudlarından xeyli uzaqda olan ölkələrin coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar vermişlər. Xilafətin alimləri coğrafiya elmini Avropa xalqları haqqındakı məlumatlarla zənginləşdirmişdir.
Ərəb tarixşünaslığı müstəqil elm kimi VIII-IX əsrlər arasında yaranmışdır. Tarixi məzmunlu ilk qeydlər VII əsrin axırlarına aiddir. VIII əsrdən başlayaraq, şifahi rəvayətləri, tayfaların tarixinin toplanmasına, sistemləşdirilməsinə və sanballı məcmuələrın tərtibinə mühüm əhəmiyyət verilirdi. VIII-IX əsrin ortalarında xüsusilə xilafət tarixinə həsr olunmuş çoxlu tarixi əsər yarandı. Ərəb tarixşünaslığının mərkəzi uzun müddət İraq olmuşdur. Ərəb tarixşünaslığının əsas janrı olan ümumi tarixin çiçəkləndiyi dövrdə (IX-XI əsr) alimlərin yaratdıqları əsərlər xüsusi əhəmiyyət kəsb etmişdir.
Ərəb ədəbiyyatının ilk dövrü şifahi xalq yaradıcılığı ilə sıx bağlıdır. İslamaqədərki ərəb poeziyasının əsas janrı qəsidələr olmuşdu. İslam dinin yaranması və onun qonşu ölkələrdə yayılması ərəb ədəbiyyatının inkişafı üçün geniş şərait yaratdı.
Quranın meydana gəlməsi ərəb ədəbiyyatının yüksəlişinə və yeni elm sahələrinin meydana çıxmasına təkan verdi. Abbasilər dövrü ərəb ədəbiyyatının “qızıl dövrü” adlanır. Bu dövrdə yaranmış ədəbiyyat, sözün əsl mənasında, ərəbdilli ədəbiyyata çevrildi.
İslam dininin meydana gəlməsi ilə ərəb ölkələrində çoxlu dini tikililərə başlanmışdı. Ərəb ölkələrinin monumental dini memarlığında uzun müddət əsas yer tutmuş və İran, Qafqaz, Orta Asiya, Hindistanın müsəlman memarlığına təsir göstərmişdir. Memarlıqda günbəzli tikililərə böyük diqqət verilirdi.
Orta əsr bədii təfəkkürünə xas olan dekorativlik Prinsipi ərəb incəsənətində də öz əksini tapmışıdır. Memarlıq dekorlarında ornament, kulliqrafik yazılar geniş istifadə olunurdu. XIV-XV əsrlər ərəb dekorativ –tətbiqi və təsviri sənət Avropa tətbiqi sənətinə böyük təsir göstərmişdir. Dünya incəsənəti tarixində şöhrət qazanmış ərəb kitab miniatürləri XII-XIII əsrlərdə İraqda yüksək inkişaf səviyyəsinə çatmışdı. Bütövlükdə ərəb incəsənəti orta əsrlərdə dünya mədəniyyət tarixində parlaq, öxünəməxsus hadisə olmuş, onun təsiri bütün müsəlman dünyasına və onun hüdudlarından uzaqlara yayılmışdı.

İran mədəniyyəti. İranda təbiət elmləri hələ Sasanilər dövründən (III-VII əsrlər) inkişaf etməyə başlamışdı. Abbasilər xilafəti tərkibində olarkən elm, xüsusilə coğrafiya inkişaf etmişdi. Bu dövrdə tibb, riyaziyyat və sair elmlərin inkişafı da sürətləndi. Azərbaycan alimi Nəsrəddin Tusinin Marağa Astranomiya Rəsədxanasındakı fəaliyyəti astranomiya, riyaziyyat, metrologiya və s. elmlərin sonrakı inkişafında mühüm rol oynadı. 1849-1851-ci illərdə aparılan islahatlar nəticəsində xarici alimlərin İrana dəvət olunması elmi fikrin inkişafına təkan verdi. Qədim və orta əsrlərdə İran, Orta Asiya və Azərbaycan xalqlarının fəlsəfi və ictimai fikri qarşılıqlı əlaqədə inkişaf etmişdi. Bu xalqlar kimi İran fəlsəfi fikrinin də ən qədim abidəsi Avestatıdır. İran Ərəb xilafəti tərkibinə qatıldıqdan sonra fəlsəfə bütün müsəlman şərqi üçün səciyyəvi olan ideyalar istiqamətində inkişaf etməyə başladı. İranda tarixşünaslıq ənənəsi salnamələr və epik dastanlar şəklində ən qədim dövürlərdən mövcud olsada, bunlardan yalnız bəziləri xilafətin erkən dövründə ərəb dilinə tərcümə edilib dövrümüzə qədər gəlib çatmışdı. Tarixşünaslıq sahəsində müntəzəm iş IX əsrdən başlamış-XIV əsrlərə daha da genişlənitşdi.
İran ədəbiyyatı dünyanın ən qədim və zəngin ədəbiyyatlarındandır. Qədim İran ədəbiyyatı iki dövrə bölünür: qədim İran dillərindəki yazılı abidələr, əsasən, zərdüştiliklə; ikinci dövrdə İran dinlərində yaranan ədəbiyyat isə zərdüştilik ünsürləri ilə yanaşı manilik və mərdəkizmlə bağlıdır. İran ədəbiyyatının ən qədim abidəsi, zərdüşlüyün ən qədim əbidəsi, zərdüşlüyün müqəddəs kitabı Avestada əsatirlərin və qəhrəmanlıq eposunun ünsürləri mövcuddur. Qədim İran ədəbi ənənəsinin məzmununu ədalətli şah və sosial utopiya, divlərlə döyüşən pəhləvan, adamların hilaskarı və Allahın dostu olan insan surəti, xeyir və şər, işıq və zülmət movzuları, şairin müdrik kəlamının və peyğəmbərliyin vəsvi və s. təşkil edir. azərbaycan şairləri Nizami Gəncəvi və Xaqani Şirvaninin yaradıcılığı yaxın şərq, o cümlədən fars dilli ədəbiyyatın inkişafında güclü təsir göstərmişdi.
İran culture
Memarlıq və təsviri sənət İran ərazisində aşkar olunmuş incəsənət abidələri çox qədim dövrlərə aiddir. Ərəb işğalı (VII əsr) və islamın yayılması ilə əlaqədar İranda yeni tipli qurğular (minarəli məscid, mədrəsə, məqbərə, karvansaray və s.) meydana gəldi. Səfəvilər dövrünün memarlığı İranda geniş miqyasda tikinti işləri aparılması, binaların inşaasında təmtəraqlılıq və əzəmətliliyə güclü meyl, memarlıq bəzəklərinin incəliyi, gözəlliyi və mürəkkəbliyi ilə səciyələnir. Bu dövrdə şəhərsalma işi xüsusi ilə genişləndi. Şəhərlərdə möhtəşəm ansambllar yarandı.
Xalq sənətinin əsas sahələri, ağac, sədəf və sümük ilə inkrustasiya, metal üzərində naxış açmaq və sair ilə təmsil olunur. Dekorativ – tətbiqi sənətdə İran xalçaçılıq məktəbi dünyada ən böyük şöhrət tapmışdı.
İran mədəniyyəti çox əsirli yol keçmiş və əldə olunmuş təkrarsız mədəniyyət nümunələri ümumdünya sivilizasiyasına böyük töhvəsi olmuşdur.


Tarix: 08.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 315 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...