Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədəniyyət: suallar və cavablarMədəniyyət: suallar və cavablar

1. Kulturologiya bir elm kimi nədən bəhs edir?
A. Mədəniyyətdən.
B. Mədəniyyətşünaslıqdan.
C. Mədəniyyətin formalarından.
D. Dünya mədəniyyəti tarixi və nəzəriyyəsindən.
E. İnsanın fəaliyyətindən.

2. “Hamının əsli gedib Adəmə çıxırsa, demək, hamı insandır, o isə başdan ayağa insaniyyətdir” sözlərinin müəllifi kimdir?
A. İmadəddin Nəsimi.
B. Fəzlulla Nəimi Astrabadi.
C. Nəsirəddin Tusi.
D. Əfzələddin Xaqani.
E. Nizami Gəncəvi.

3. Kim ilk dəfə özünün “Əkinçilik haqqında traktat” əsərində “aqrikultura” sözünü işlətmişdir?
A. F.Hegel.
B. M.P.Katon.
C. R.Günter.
D. Ksenafon.
E. Sokrat.

4. Xlll əsrdə yaşayıb-yaratmış görkəmli fars şairi S.Şirazi fəlsəfi-didaktik əsərində müsəlman mədəniyyətini nümunə göstərərək nə demişdir?
A. İnsan nəinki cəmiyyətin üzvüdür, o, həm də bütün bəşər nəslini təmsil edir.
B. İnsan xarakteri onun mədəniyyətində mütləq özünü göstərir.
C. İnsan mağaralar, cəngəlliklər sakini olsaydı, ondan ali keyfiyyətlər tələb olunmazdı.
D. Ölkə ağıllı adamlarla gözəlləşər, din pak adamlarla möhkəmlənər.
E. Hər kəsin insani keyfiyyətləri onun yüksək mədəniyyətidir.

5. “Azıxantrop” adlandırılan insan ilk dəfə harada və nə vaxt yaşamışdır?
A. Yunanıstanda e.ə.ll-l minilliklərdə.
B. Afinada V-Vll əsrlərdə.
C. İtaliyada lX-X əsrlərdə.
D. Azərbaycan ərazisində 350 min il əvvəl.
E. Mesopotamiya ərazisində.

6. Kulturologiyanın predmeti nədir?
A. Mədəniyyətin rəngarəngliyi.
B. Mədəniyyətin özünəməxsus cəhətləri.
C. Ümumbəşəri və milli-mədəni prosesləri, insanların maddi və mənəvi həya­tında baş verən hadisələri, sosioloji mühit kontekstində öyrənmək, tarixi­lik baxımından tənəzzül və inkişaf meyllərini göstərməkdir.
D. Dünyada baş verən təzadlar, yəni insanın cəmiyyətə uyğunlaşması, eyni zamanda fərdi xüsusiyyətləri.
E. Mədəniyyətin dərk edilməsi.

7. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət hansılardır?
A. Dil, ədəbiyyat, musiqi, təsviri sənət, teatr və din.
B. Təsərrüfat, iqtisadiyyat, istehsalat sahələri.
C. Şəhər mədəniyyəti, kənd mədəniyyəti.
D. Özfəaliyyət kollektivləri.
E. Cəmiyyət və dövlət.

8. Maddi dəyərləri olan milli mədəniyyətə hansılar aiddir?
A. İnsanın biliyi, təhsili və aldığı tərbiyə.
B. Fizika, riyaziyyat, kimya, təbiətşünaslıq.
C. Təsərrüfat, iqtisadiyyat, istehsalat sahələri, faydalı əmək.
D. Kənd mədəniyyəti, şəhər mədəniyyəti, ailə mədəniyyəti.
E. Şifahi, yazılı, dil vasitəsilə olan mədəniyyətlər.

9. Bəşəri mədəniyyət nədir?
A. Müxtəlif siniflərin, sosial təbəqələrin mədəniyyətlərinin sintezidir.
B. Planetimizdə yaşayan bütün xalqların mədəniyyətlərinə məxsus ən yaxşı nailiyyətlərin sintezidir.
C. Bir xalqın mədəniyyətinin ən yaxşı sahələri.
D. Bir insanın təhsili, dünyagörüşü, təfəkkür tərzi.
E. Maddi dəyərlərə malik mədəniyyətlə milli dəyərlərə malik mədəniyyətin birləşməsi.

10. “Bəşəriyyətin tarixi, təbiətin tarixinin bir hissəsidir” deyərək mədəniyyət haqqında elmdə təkamül nəzəriyyəsini əsas götürən və bədii inkişaf prosesində sıçrayışları qəbul edən alim kimdir?
A. E.V.Taylor.
B. İ.Kant
C. Aristotel.
D. Pifaqor
E. Plutarx.

11. Kulturologiyanın problemi nədən ibarətdir?
A. Dünya mədəniyyət tarixini və nəzəriyyəsini mərhələlərlə izah etməkdən ibarətdir.
B. İnsanın cəmiyyətdəki rolunu izah etmək.
C. Cəmiyyətdə mədəniyyətin normativ qanun-qaydalarını izah etmək.
D. Mədəniyyətin zamanla ayaqlaşmasını izah etmək.
E. Mədəniyyətin milli ənənələrə bağlığını izah etmək.

12. Kulturologiyanın tədqiqat obyekti nədir?
A. İnsanın etik davranışlarını öyrənməkdir.
B. Mədəniyyətdir. Onun meydana gəlməsi, yaranması, sonrakı inkişaf prosesi, zamanın müxtəlif təsiri nəticəsində məhv olmasını öyrənməkdir.
C. Maddi dəyərləri tədqiq edir.
D. Mənəvi dəyərləri tədqiq edir.
E. İnsan fəaliyyətini tədqiq edir.

13. Bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntı neçənci əsrdə əldə edilmişdir?
A. XIX əsrdə.
B. VII əsrdə.
C. XII əsrdə.
D. e.ə. VI-IV minilliklərdə.
E. XIII əsrdə.

14. Daş dövründə yaşamış insanların silahları nədən hazırlanırdı?
A. Metal, mis.
B. Tunc, daş.
C. Daş, ağac, sümük.
D. Dəmir, polad.
E. Sümük, mis.

15. Tunc və mis dövründə insanların məişəti nədən ibarət idi?
A. Ovçuluq, balıqçılıq.
B. Heyvanları əhliləşdirmək.
C. Sümükdən qiymətli əşyalar düzəldirdilər.
D. Daşdan başdaşları yonurdular.
E. Tətbiqi-dekorativ incəsənət inkişaf etmişdi. Metal istehsal edir, mis mədənlərində işləyirdilər. Gildən, qızıldan, gümüşdən əşyalar düzəldir­dilər.

16. Görkəmli alimlər hansı dövrü “polad əsri” adlandırmışlar.
A. Poliolit dövrünü.
B. Neolit dövrünü.
C. Mis dövrünü.
D. Dəmir dövrünü.
E. Tunc dövrünü.

17. Mesopotamiya (İkiçayarası) xalqların mədəniyyəti dedikdə hansı xalqlar nəzərdə tutulur.
A. Misir, Suriya, İran xalqları.
B. Azərbaycan, Alban, İber.
C. Şumer, Akkad, Babilistan, Assuriya.
D. Türk, Ərəb.
E. Gürcü, Abxaz, Asetin.

18. “Cədvəl evi” adlı təhsil ocağı ilk dəfə hansı xalq tərəfindən yaradılıb?
A. Akkadlar.
B. Assuriyalılar.
C. Şumerlər.
D. Babilistanlılar.
E. Misirlilər.

19. Şumer xalq eposu necə adlanır?
A. “Kitabi-Dədə Qorqud” dastanı.
B. “Koroğlu” dastanı.
C. “Gilqameş” dastanı.
D. “Manas” dastanı.
E. “Mahabharata”.

20. “Tarixin atası” adı kimə verilmişdir?
A. Homer.
B. Hegel.
C. Herodot.
D. Fukidid.
E. Plutarx.

21. Hammurapinin “Qanunlar məcəlləsi” neçə maddədən ibarət olub?
A. 1200.
B. 15.
C. 300.
D. 282.
E. 54.

22. Babil qülləsi neçə kvadratmetr sahədə salınmışdı və hündürlüyü neçə metr idi?
A. 370 kvadrat metr, hündürlüyü 90 metrdir.
B. 250 kvadrat metr, hündürlüyü 50 metrdir.
C. 100 kvadrat metr, hündürlüyü 30 metrdir.
D. 15 kvadrat metr, hündürlüyü 10 metrdir.
E. 25 kvadrat metr, hündürlüyü 12 metrdir.

23. “Gilqameş” eposunun bütün mətni kim tərəfindən toplanmışdır?
A. Hammurapi.
B. Herodot.
C. Homer.
D. Aşşurbanipal.
E. Armo Pebel.

24. İlk Misir ehramı neçənci minillikdə, kimin şərəfinə tikilib?
A. E.ə. 2600-cü ildə Xeopsun şərəfinə.
B. E.ə. III-II minillikdə Ramzesin şərəfinə.
C. E.ə. V minillikdə Coseranın şərəfinə.
D. E.ə. VII-VII minilliklərdə Exnatonun şərəfinə.
E. E.ə. VII-VII minilliklərdə Tutanxamonun şərəfinə.

25. E.ə. I minillikdə Misirdə açılmış təhsil ocağı necə adlanır?
A. Universitet.
B. “Cədvəl evi”.
C. “Həyat evi”.
D. Ailə məktəbi.
E. Mədrəsə.

26. Firon Amenhotep hansı məqsədlə islahatlar edərək təkallahlıq ideyasını irəli sürür?
A. Kahinlərin var-dövlətlərini əlindən almaq məqsədi ilə.
B. Geniş əraziyə malik olan Misir qəbilələrini özünə tabe etdirmək məqsədi ilə.
C. Özünü Günəş allahının yerdəki nümayəndəsi elan etmək məqsədilə.
D. Qonşu dövlətlərə hücum etmək məqsədilə.
E. Dünya hökmranlığını əldə etmək məqsədilə.

27. Yunan filosoflarından kimlər Misirdə elm öyrənmişlər?
A. Sokrat, Platon, Aristotel.
B. Anaksimen, Anaksimandr, Anaksaqor.
C. Fales, Demokrit, Pifaqor.
D. Sofokl, Perikl, Hippokrat.
E. Heraklit, Esxil, Evripid.

28. Makedoniyalı İskəndər Misiri tutduqdan sonra orada hansı adət-ənənə yayılmağa başladı?
A. Ellin adət-ənənəsi (ellinizm).
B. Dao adət-ənənəsi (daosizm).
C. Hind adət-ənənəsi (hindizm).
D. Budda adət-ənənəsi (buddizm).
E. Konfusi təlimi (konfusiçilik).

29. “Ən savadlı adamları mən Misirdə gördüm” sözlərinin müəllifi kimdir?
A. Fales.
B. Demokrit.
C. Herodot.
D. Homer.
E. Plutarx.

30. Paleolit, Mezolit və Neolit əsrində hind xalqının mədəniyyəti nədən ibarət idi?
A. Ovçuluq, daşla taxıl döymə, gil qabların istehsalı, daş üzərində döymə döyüş səhnələri, daşdan, tuncdan əmək alətləri düzəltmişlər.
B. Daşdan binalar ucaldır, yollar çəkirdilər.
C. Şüşə istehsal edir, farfordan müxtəlif əşyalar düzəldirdilər.
D. Ticarətlə məşğul olurdular.
E. Dulusçuluq, dəri istehsalı ilə məşğul olurdular.

31. Hind xalq eposlarının adlarını və neçə kitabdan ibarət olmasını göstərin.
A. “Hinayana”, 10 kitab.
B. “Manas”, 3 kitab.
C. “Mahabharata”, “Ramayana”, 18 kitab.
D. “Mahayana”, 21 kitab.
E. “Gilqameş” dastanı, 12 kitab.

32. Hindistanda vətəndaşlıq silkləri – varnalar hansılardır?
A. Brahmanlar, kşatrilər, vayşilər, şudralar.
B. Arilər, kübarlar.
C. Dorilər, hindular.
D. Hərbiçilər, ruhanilər.
E. Sənətkarlar, rahiblər.

33. Hindistanda şudralar silkinə kimlər daxildir?
A. Din xadimləri, rahiblər.
B. Əkinçilər, sənətkarlar.
C. Tacirlər.
D. Hərbçilər, tayfa nümayəndələri.
E. Aşağı istehsalçılar kütləsi, tabeçilikdə olan əhali.

34. Hindistanda din xadimləri və rahiblər hansı silkə aiddirlər?
A. Brahmanlar.
B. Vayşiilər.
C. Şudralar.
D. Şratrilər.
E. Ramayana tərəfdarları.

35. E.ə. l minilliyin ortalarında Hindistanda ədəbiyyatın hansı növü inkişaf etmişdir?
A. Epik növ - eposlar, poemalar.
B. Lirik şeir növü.
C. Faciəvi dram əsərləri.
D. Tarixi romanlar.
E. Şifahi xalq ədəbiyyatı.

36. Hindistanda ilkin Buddizm təlimi zamanı din xadimləri hansı məzhəblərə qulluq edirdilər?
A. Hinayana, Mahayana.
B. Mahabharata.
C. Ramayana.
D. Atəşpərəstlik.
E. Zərdüştlük.

37. “Həyat iztirabdır. İztirabın səbəbi insanların sonsuz istəklərlə, zövqlə, əyləncəyə uymaqla, ehtiraslı meyllərlə yaşadığı həyatın özüdür” sözləri kimə aiddir?
A. Herodot.
B. Sokrat.
C. Budda.
D. Konfusi.
E. Plutarx.

38. Çin dili təkhecalı sözlərdən ibarət olmaqla hansı dilə oxşayır?
A. Şumer.
B. Babilistan.
C. Azərbaycan.
D. Hind.
E. Pakistan.

39. Hindistanın keçmiş Baş naziri Cavahirləl Nehru çinliləri necə xarakterizə etmişdir?
A. Onlar döyüşkən, mübariz xalqdır.
B. Cəsarətdə tayı-bərabəri yoxdur.
C. Sülhsevərdirlər, müharibəni xoşlamırlar.
D. İşğalçı xalqdır.
E. Paxıl, xudbin və siyasətcil xalqdır.

40. Hansı təlimə görə cəmiyyətdəki bütün qanunsuzluqların və fəlakətlərin mənbəyi mənəvi dəyərlərin pozulmasındadır?
A. Buddizm təliminə görə.
B. Konfusi təliminə görə.
C. Platonun fəlsəfi təliminə görə.
D. Nitşe təliminə görə.
E. Hinduizm təliminə görə.

41. Çində buddizm hansı dini cərəyanlar üzrə təbliğ olunurdu?
A. Hinayana, Mahayana.
B. Mahabharata,Ramayana.
C. Konfusi cərəyanı.
D. Buddist kilsələri vasitəsilə.
E. Maniheyist dini cərəyanlar vasitəsilə.

42. Çində buddizmin hansı dini cərəyanı ilk növbədə insanların təkmilləşməsini irəli sürür?
A. Mahayana (böyük cəng arabası).
B. Mahabharata.
C. Ramayana.
D. Hinayana (kiçik cəng arabası).
E. Daosizm.

43. Hindistanın keçmiş Baş naziri Cavahirləl Nehru yaponları hansı xalqın “fərasətli şagirdi” adlandırmışdır?
A. Hindlilərin.
B. Koreyalıların.
C. Misirlilərin.
D. Çinlilərin.
E. Assurların.

44. Yapon arxipelaqının ilk sakinləri kimlər idi?
A. Dorilər.
B. Daymiosilər.
C. Aynılar.
D. Monqollar.
E. Koreyalılar.

45. “Yapon tarixi” kitabının müəllifi kimdir?
A. Pifaqor.
B. Homer.
C. Herodot.
D. Kempfer.
E. Heraklit.

46. Yaponlar alınma sözləri yazarkən hansı heroqliflərdən istifadə edirlər?
A. Xiraqana.
B. Mixi.
C. Katakana.
D. Oyma.
E. Piktoqrafiq.

47. Yaponlar öz sözlərini yazarkən hansı heroqliflərdən istifadə edirlər?
A. Katakana.
B. Mixi.
C. Xiraqana.
D. Latın qrafikası.
E. Şəkilli yazı.

48. Sintoizm nədir, nə vaxt yaranıb və əsasən hansı əsrdə təbliğ olunmağa başlayıb?
A. Sintoizm insanları dözümlü olmağa təbliğ edən cərəyandır, e.ə. IV-III əsrlərə meydana gəlib.
B. “Mövcud olma” haqqında təlimdir, eranın l əsrində meydana gəlmişdir.
C. “İnsanın təkmilləşməsi”.... haqqında təlimdir, e.ə. VI-V əsrlərdə meydana gəlib.
D. Allahların yanına aparan yol deməkdir. İbtidai-icma quruluşu dövründə əmələ gəlib. Əsasən XIX əsrin ortalarından təbliğ olunmağa başlayıb. Bu təlimə görə allahın Yer üzərində yeganə nümayəndəsi imperatordur və yalnız onun vasitəsilə allahla insanlar arasında əlaqə yaranır.
E. “Tanka” adlandırılan şeir növüdür və şairlər bu növdən istifadə edirlər, XXI əsrdə yaranmışdır.

49. Sintoizm təliminə görə allahlar və insanlar arasında əlaqə kimin vasitəsilə həyata keçirilir?
A. Çar.
B. Kral.
C. İmperator.
D. Firon.
E. Sərkərdə.

50. Atropatena dövləti haqqında ilk geniş məlumatı kim vermişdir və onu “kiçik Midiya” adlandırmışdır?
A. Herodot.
B. Heraklit.
C. Strabon.
D. Hegel.
E. Makedoniyalı İskəndər.

51. Atropatena dövlətində hansı təhsil sistemi mövcud idi?
A. Seminariyalar.
B. Gimnaziyalar.
C. Saray təhsil sistemi, atəşgahlar.
D. Orta məktəblər.
E. Mollaxanalar.

52. “Sasan qala”, “Novduz qala”, adsız “Qala” qədim Azərbaycanın hansı ərazisində olmuşdur?
A. Dağlıq Qarabağ ərazisində.
B. Şəki-Zaqatala bölgəsində.
C. Dərbənd xanlığı ərazisində.
D. Astara-Ərdəbil ərazisində.
E. Quba-Xaçmaz ərazisində.

53. Naxçıvanda və Ağcabədi rayonu ərazisində tapılan küp qəbirlər hansı dövrə aiddir?
A. E.ə. və eramızın III əsrinə.
B. E.ə. IV-V əsrlərə.
C. V-V əsrlərə.
D. IX-XII əsrlərə.
E. XIX əsrin sonlarında.

54. Yunanıstan ərazisində ən qədim sivilizasiya hesab edilən Krit-Miken mədəniyyəti hansı dövrə aiddir?

E.ə. III-II minilliklər.
E.ə. IV-V minilliklər.
Eramızın I əsrində.
VII-VIII əsrlərdə.
IX-X əsrlərdə.
55. Periklin (e.ə. 490-429-cu illər) Afina dövlətinə başçılıq etdiyi illər hansı dövr mədəniyyəti adlanır?
A. Erkən intibah mədəniyyəti.
B. Klassik dövr mədəniyyəti.
C. Zirvə mədəniyyəti dövrü.
D. Mənəvi mədəniyyətin inkişaf dövrü.
E. Ellinizm mədəniyyəti dövrü.

56. Avropa mədəniyyətinin yaranması hansı ölkə ilə, təməlinin qoyulması isə hansı əsərlə əlaqələndirilir?
A. Siseronun “Xeyir və şərin sərhəddi” əsəri.
B. Yunanıstan və Homerin “İliada” əsəri.
C. Fukididin “Peloponnes müharibəsi” əsəri.
D. Makedoniya, Herodotun “Tarix” əsəri.
E. Almaniya, Lukretsi Karın “Şeylərin təbiəti haqqında” əsəri.

57. “Sokrat Qərb mədəniyyətində - Şərqin müdriklik səsidir” sözlərinin müəllifi kimdir?
A. Platon.
B. A.Kratil.
C. K.Marks.
D. Siseron.
E. Hippokrat.

58. İtaliya tarixində - e.ə. VII əsrin sonlarında ən qədim mədəniyyət hansıdır?
A. Etrusk mədəniyyəti.
B. Krit–Miken mədəniyyəti.
C. Dori mədəniyyəti.
D. Aynılar mədəniyyəti.
E. Kolizey mədəniyyəti.

59. Roma şairlərindən kimlərin ədəbi əsərlərində Şərq motivləri güclü olmuşdur?
A. Z.A.Seneka.
B. M.T.Siseron və Apuleyin.
C. C.Bokkaçço, Yan Qus.
D. Vergili və Horatsi.
E. Polibi, Paneti və Teresini.

60. İtaliya ədəbi dilinin yaradıcıları kimlərdir?
A. Dante, Petrarka, Bokkaçço.
B. Homer, Vergiıi, C.Bruno.
C. Horatsi, Terensi, Paneti.
D. R.Bekon, C.Manetti.
E. Makiavelli, A.Dürer.

61. İtaliyada “Gecikmiş intibah” mərhələsi hansı əsrləri əhatə edir?
A. XVI-XVII əsrlər.
B. XIII-XIV əsrlər.
C. XV-XVIII əsrlər.
D. IX-XI əsrlər.
E. XII-XV əsrlər.

62. Dante kimi “müdriklərin müəllimi” adlandırmışdır?
A. Platonu.
B. Sokratı.
C. Aristoteli.
D. Falesi.
E. Pifaqoru.

63. Avropanın mədəniyyət mərkəzlərindən olan İspaniyada hansı dövrdə 30.000 adam ton­qalda yandırılıb?
A. İnkivizisiya dövründə.
B. Ellinizm dövründə.
C. Buddizm dövründə.
D. Sintoizm dövründə.
E. Daosizm dövründə.

64. “Kitabları tonqallara, alimləri xəndəklərə” sözləri kimə aiddir?
A. Aşşurbanipal.
B. Böyük Karl.
C. Tsin Şixuandi.
D. Makedoniyalı İsgəndər.
E. Napoleon.

65. Avropada XV əsrin sonlarına yaxın neçə universitet fəaliyyət göstərirdi?
A. 30
B. 45
C. 65
D. 29
E. 70

66. Qərbi Avropada intibah epoxası hansı əsrləri əhatə edir?
A. IX-X əsrlər.
B. III-V əsrlər.
C. XIII-XVII əsrlər.
D. XIII-XVI əsrlər.
E. V-X əsrlər.

67. “İlahi komediya” kim tərəfindən və hansı intibah epoxası mərhələsində yazılıb.
A. F.Petrarka, Zirvə intibahı mərhələsi.
B. C.Bruno, Gecikmiş intibahı mərhələsi.
C. A.Dante, Erkən intibahı mərhələsi.
D. C. Bokkaçço, zirvə intibahı mərhələsi.
E. T.Mor, Gecikmiş intibahı mərhələsi.

68. “Mona Liza” – “Cokonda” əsərinin müəllifi kimdir?
A. Mikelancelo.
B. C.Bokkaçço.
C. Leonardo da Vinçi.
D. Rafael Santi.
E. Martin Lüter.

69. Dünyanın ən qabaqcıl adamları L.da Vinçini, R.Santi və Mikelancelonu necə adlandır­mışlar?
A. İntibah dahiləri.
B. İntibah titanları.
C. Sivil mədəniyyət yaradıcıları.
D. Fədakar insanlar.
E. Qeyri-adi insanlar.

70. Avropada intibah epoxası lirikasının ilk yaradıcısı kim olmuşdur?
A. Covanni Bokkaçço.
B. Petrarka.
C. L.da Vinçi.
D. Rafael Santi.
E. Tomas Mor.

71. İnkvizisiya nədir, neçənci əsrdə meydana gəlib?
A. Evrika - X əsr.
B. İlahiyyat haqqında elm - XV əsr.
C. Axtarış, təhqiqat, təqib - XIII əsr.
D. Arxeoloji tədqiqat - e.ə. V-III minilliklər.
E. Dünyagörüşü-XVII əsr.

72. “Əhdi-ətiq” və “əhdi cədid” adlandırılan (2 hissədən ibarət) kitabın adı nədir?
A. “Qurani-Kərim”.
B. “Bibliya”(kitab) - Tövrat.
C. “Kitabi-Dədə Qorqud”.
D. “İncil” (xeyir xəbər).
E. “Avesta” (xeyirlə şərin mübarizəsi).

73. “Bibliya” toplu olaraq neçə kitabdan ibarətdir?
A. 15 kitab.
B. 66 kitab.
C. 35 kitab.
D. 40 kitab.
E. 2 kitab.

74. İudizm və xristianlıq nə vaxt və harada formalaşmışdır?
A. Fələstində - e.ə. I minilliyin ortalarında.
B. İsraildə - e.ə. X-IX əsrlərdə.
C. Misirdə - e.ə. V-IV minillikdə.
D. İngiltərədə - IX-XII əsrlərdə.
E. Babilistanda – e.ə. III-II minilliklərdə.

75. Matfeyin yazmış olduğu “İncil”də İsa Peyğəmbər necə təsvir edilir?
A. Səltənət sahibi kimi.
B. Xalqa xidmətdə.
C. Bəşər övladı (adi insan).
D. Şəxsiyyət kimi.
E. Allahın övladı kimi.

76. “Məhəmməd peyğəmbərin kəlamları” kitabı neçənci ildə kim tərəfindən toplanmışdır?
A. 1865-ci ildə əl-Fərabi.
B. 1015-ci ildə Ə.Bəhmənyar.
C. E.ə. V minillikdə İbn Xaləddin.
D. 1010-cu ildə İbn Sina.
E. 1905-ci ildə hind alimi Abdulla Sührəvərdi.

77. Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (622-ci il iyul ayının 26-sı - hicrət) necə аdlanır?
A. Müsəlman tarixinin başlanğıcı.
B. İslamın gəlişi.
C. “Qurani-Kərim”in nazil olması.
D. İslam dininin güclənməsi.
E. Məhəmməd Peyğəmbərin son həcc səfəri.

78. Azərbaycanda islamın yayılması hansı əsrlərə təsadüf edir?
A. VII-VIII əsrlər.
B. IX-XI əsrlər.
C. V-VI əsrlər.
D. X-XV əsrlər.
E. XIII-XIV əsrlər.

79. “İslam dini Hindistanı ayıltdı...” sözləri kimə aiddir?
A. Budda.
B. X.Kolumb.
C. C.Nehru.
D. Kalidas.
E. L.N.Tolstoy.

80. “Mədəniyyət insanın işığa doğru uzanan fasiləsiz yoludur” sözləri kimə aiddir?
A. Zıqmund Freyd.
B. Benedetto Kroçe.
C. Orteqa-i-Qasset.
D. Salvador Dali.
E. Frans Kafka.

81. İtaliya yazıçısı A. Moravia XX əsr Avropa mədəniyyətinin başlanğıcını kimlərə aid edir?
A. Salvador Dali və A.Kamyu.
B. P.Pikasso və İ.Stravinski.
C. M.Merlo–Ponti, İ.Mariten.
D. A.Berqson, Orteqa-i-Qasset.
E. İ.P.Sartr, F.Kafka.

82. “Sosialist realizmi” sovet ədəbiyyatında və incəsənətində yaradıcılıq metodu kimi neçənci illərdən təşəkkül tapmışdır?
A. 1917-ci ildən.
B. Ötən əsrin 30-cu illərindən.
C. XIX əsrin 60-70-ci illərindən.
D. 1905-1980-cı illərindən.
E. 1907-1920-ci illərindən.

83. “Modernizm” neçənci əsrdə, harada meydana gəlmişdir?
A. V-VII əsrlərdə, Şərqdə.
B. XIX-XX əsrlərdə, Avropada.
C. XI-XII əsrlərdə, Avropada.
D. XVII-XVIII əsrlərdə, Şərqdə.
E. XVI əsrdə, Hindistanda.

84. “İncəsənətdə humanizmin təhrifi” əsərinin müəllifi kimdir?
A. A.Kamyu.
B. A.Berqson.
C. M.Merlo-Ponti.
D. Orteqa-i-Qasset.
E. B.Kroçe.

85. “Maarifçilik – insanların inkişaf etməmiş vəziyyətdən çıxması deməkdir” sözləri kimə aiddir?
A. Sokrat.
B. K.Marks.
C. J.J.Russo.
D. İ.Kant.
E. M.A.Volter.

86. Rusiyada maarifçilik hərəkatının bünövrəsini kim qoymuşdur?
A. A.N.Radışşev.
B. A.S.Puşkin.
C. M.Y.Lermontov.
D. M.V.Lomonosov.
E. C.Yesenin.

87. Azərbaycan Elmlər Akademiyası nə vaxt yaranmışdır?
A. 1930-cu il martın 20-də.
B. 1925-ci il oktyabrın 15-də.
C. 1945-ci il martın 23-də.
D. 1940-cı il sentyabrın 10-da.
E. 1949-cu il noyabrın 5-də.

88. “Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm” sözləri kimə məx­susdur?
A. Q.Qarayev.
B. Cahangir Cahangirov.
C. Fikrət Əmirov.
D. Süleyman Ələsgərov.
E. Niyazi.

89. “Nizami” operasının müəllifi kimdir?
A. Ü.Hacıbəyov.
B. Qara Qarayev.
C. Ə.Bədəlbəyli.
D. Süleyman Ələsgərov.
E. Niyazi.

90. Hansı hökmdar ilk dəfə Hindistanı dövlət şəklində birləşdirmişdir?
A. C.Nehru.
B. M.Qandi.
C. Aşoka.
D. İ.Qandi.
E. R.Qandi.

91. Orta əsrlərdə Qərbi Avropada hansı məktəblər fəaliyyət göstərirdi və bu məktəblərdə kimlər yetişdirilirdi?
A. Müəllimlər yetişdirən universitetlər.
B. Ruhanilər yetişdirən kilsə məktəbləri.
C. Sənətkarlar yetişdirən məktəblər.
D. Tibb işçiləri yetişdirən məktəblər.
E. Kənd təsərrüfatı mütəxəssisləri yetişdirən məktəblər.

92. “Nubelunq haqqında nəğmələr” eposu neçənci əsrdə yaranmışdır?
A. E.ə. IV-III əsrlərdə.
B. VIII-IX əsrlərdə.
C. XII-XIII əsrlərdə.
D. XV əsrdə.
E. XIX əsrin sonu – XX əsrin əvvəllərində.

93. Santa-Mariya della Qartsiye kilsəsinin kopellasını kim tikmişdir?
A. Leonardo-da-Vinçi.
B. Pikasso.
C. Mikelancolo.
D. Rafael Santi.
E. Qoyya.

94. Maarıfçılık epoxasında İngiltərədə hansı elm daha çox inkişaf etmişdi?
A. Biologiya.
B. Nücum.
C. Riyaziyyat.
D. Kimya.
E. Fəlsəfə.

95. “Şekspirdəki ülvilik və dahilik uzun zülmət gecələrdəki şimşək kimi parlayır?” sözlərinin müəllifi kimdir?
A. K.Marks.
B. D.Didro.
C. Volter.
D. Russo.
E. Holbax.

96. “Natiqlik sənəti” traktatının müəllifi kimdir?
A. Esxil.
B. Demosfer.
C. Perikl.
D. Siseron.
E. E.Petrarka.

97. Kim Sokratı “əsrin zəkası” adlandırmışdır?
A. Aristotel.
B. Platon.
C. Didro.
D. Kratil.
E. Pirron.

98. “Taun” romanının müəllifi kimdir?
A. Freyd.
B. Sartr.
C. Merlo-Ponti.
D. Kamyu.
E. Mariten.

99. “Yazıçının vəzifəsi yalanı, xurafatı faş etmək və insanları düzlüyə, dözümlülüyə səs­ləməkdir” sözləri kimə aiddir?
A. Russo.
B. Vinkelman.
C. N.Gəncəvi.
D. Monteskyü.
E. Volter.

100. “Utopiya” əsərinin müəllifi kimdir?
A. T.Mor.
B. Holbax.
C. M.Lüter.
D. A.Dürer.
E. Plutarx.

101. Dəmir dövründə hansı musiqi alətləri olmuşdur?
A. fleyta, nağara.
B. arfa, kanon.
C. piano, kaman.
D. təbil, şeypur.
E. tar, saz.

102. Buzlaqlar dövründə insan yaşayışının olmasını elm nə vaxt sübut etmişdir?
A. 1912.
B. 1860.
C. 1890.
D. 1920.
E. 1854.

103. Mis və Tunc dövründə tətbiqi-dekorativ incəsənətin hansı növləri formalaşmışdır?
A. keramik, metal və gil qablar.
B. dəmir, daş alətləri.
C. mis, alüminium qablar.
D. bişmiş kərpicdən binalar.
E. çiy kərpicdən evlər.

104. XII əsr Azərbaycan şairlərindən Xaqaninin, Mücirəddin Beyləqaninin yara­dıcı­lı­ğını yüksək qiymətləndirən Hindistan şairi kimdir?
A. Ə.X.Dəhləvi.
B. M.Qandi.
C. C.Nehru.
D. S.Sührəvərdi.
E. Aşoka.

105. “İtaliya mədəniyyəti” kitabının müəllifi kimdir?
A. E.V.Taylor.
B. M.B.Katon.
C. Homer.
D. Petrarka.
E. Fukidid.

106. Naxçıvandakı “Möminə Xatun” məqbərəsi neçənci əsrin abidəsidir?
A. XIX əsr.
B. XII əsr.
C. III əsr.
D. VII əsr.
E. IV əsr.

107. Bəşəriyyət dünyanın yaranması və Yer üzünü su basması haqda ilk məlumatı hansı xalqdan almışdır?
A. akkadlardan.
B. yunanlardan.
C. şumerlərdən.
D. misirlilərdən.
E. assuriyalılardan.

108. Dünyada ilk dəfə gil xəritələr, kitabxana kataloqları hansı xalq tərəfindən yaradıl­mışdır?
A. babilistanlılar.
B. akkadlar.
C. dorilər.
D. romalılar.
E. şumerlər.

109. Hansı alman kulturoloqu şumer dilinin türk ləhcələriylə qohumluğunu qeyd etmişdir?
A. R.Qünter.
B. F.Hegel.
C. İ.Kant.
D. F.Feyerbax.
E. V.Höte.

110. Şumer dövlətinin süqutundan sonra Yaxın Şərqdə diplomatik yazışmalar hansı dildə gedirdi?
A. yunan.
B. roma.
C. akkad.
D. çin.
E. hind.

111. Babilistanda tikilən ucu şiş qüllələr, qızıl suyuna çəkilmiş arkalar və uca tavanlar hansı sənət növünə aiddir?
A. monumental memarlıq sənəti.
B. qotika üslubu.
C. şərq üslubu.
D. rəssamlıq.
E. qrafika.

112. İkiçayarası xalqlardan hansı “Astronomiyanın atası” adlandırılmışdır.
A. şumerlər.
B. assuriyalılar.
C. babilistanlılar.
D. akkadlar.
E. xəzərlər.

113. Hansı dramaturq “Saylem cadugərləri” əsərində inkvizisiya dəhşətlərini ifşa etmişdir?
A. A.Miller.
B. M.P.Katon.
C. Tsin Şinxuand.
D. E.B.Taylor.
E. B.İ.Avdiyev.

114. Misirdə yazı mədəniyyəti e.ə. neçənci minilliyə təsadüf edir?
A. e.ə. 5-ci minillik.
B. e.ə. 3-cü minillik.
C. e.ə. 6-cı minillik.
D. e.ə. 1-ci minillik.
E. e.ə. 2-ci minillik.

115. E.ə. III-II minilliklərdə ehramlar və türbələr hansı tikinti materialından tiki­lirdi?
A. bişmiş kərpicdən.
B. gildən.
C. daşdan.
D. çiy kərpicdən.
E. taxtadan.

116. “Misirlilər yunanların, romalıların və yəhudilərin müəllimidir” sözləri hansı şair-filosofa aiddir?
A. Kamyu.
B. Dante.
C. Petrarka.
D. Cordano Bruno.
E. Herodot.

117. Misirdə papirus kağızı hansı minillikdə kəşf edilmişdir?
A. e.ə. III minillikdə.
B. e.ə. IV minillikdə.
C. e.ə. II minillikdə.
D. eramızın I minilliyində.
E. e.ə. V minillikdə.

118. Neçənci əsrdə hind zəvvarları Suraxanı məbədgahını ziyarət etmişlər?
A. XV əsrdə.
B. IX əsrdə.
C. XII əsrdə.
D. VIII əsrdə.
E. XVI əsrdə.

119. Yaponların Avropa standartlarına uyğun gəmiçilik sənayesi nə vaxt öz inki­şafının yüksək mərhələsində olmuşdur?
A. XVIII əsrdə.
B. XIII əsrdə.
C. XVII əsrdə.
D. IX əsrdə.
E. VIII əsrdə.

120. Atropatenalıların (kənd əhalisi) məşğuliyyətləri nədən ibarət idi?
A. ovçuluq, balıqçılıq.
B. əkinçilik, maldarlıq, atçılıq.
C. su kanalları çəkirdilər.
D. dulusçuluq, keramika.
E. sənətkarlıq.

121. Qədim Roma tarixçisi Pliniyə görə “Avesta”nın ilkin həcmi neçə misradan ibarət olmuşdur?
A. 3 min misra.
B. 1 milyon misra.
C. 2 milyon.
D. 100 min misra.
E. 4 min misra.

122. Atropatena dövləti dövründə ictimai binaların tikintisində memarlığa aid bəzək işlərində hansı tikinti materialından istifadə olunurdu?
A. çay daşlarından.
B. kərpicdən.
C. çınqıldan.
D. əhəng daşından.
E. gildən.

123. Kritlilər kimi “dənizlər hökmdarı” adlandırıldılar?
A. Strabonu.
B. Aşşurbanipalı.
C. Çar Minoyu.
D. Hammurapini.
E. Fukididi.

124. Kritdə iqtisadiyyatın əsasını nə təşkil edirdi?
A. kənd təsərrüfatı.
B. hərbi sənaye.
C. sənətkarlıq.
D. ticarət.
E. mədəniyyət əlaqələri.

125. Kritlilər neçənci minillikdə totemlərə sitayiş edirdilər?
A. e.ə. III minillikdə.
B. eramızın I minilliyində.
C. e.ə. V-IV minilliklərdə.
D. e.ə. II- I minilliklərdə.
E. e.ə. VI-V minilliklərdə.

126. Kimlərin hakimiyyətə gəlməsi ilə e.ə. XII-XI əsrlərdə Yunanıstanda “dəmir dövrü” başlandı?
A. aynıların.
B. yunanların.
C. makidoniyalıların.
D. dorilərin.
E. keltlərin.

127. Yunanıstanın arxaik dövr mədəniyyəti hansı əsrləri əhatə edir?
A. e.ə. VIII-III əsrlər.
B. e.ə. V-IV əsrlər.
C. e.ə. III-I əsrlər.
D. e.ə. IX-VII əsrlər.
E. VI-IV əsrlər.

128. Yunanıstanın “klassik dövr” mədəniyyəti kimin hakimiyyəti illərinə təsadüf edir?
A. çar Minoyun.
B. çar Aqamenonun.
C. hökmdar Menelayın.
D. hökmdar Periklin.
E. çar II Filippin.

129. “Etrusk fənni” deyilən elm sistemi nə vaxt yaranmışdır?
A. e.ə. III əsrdə.
B. e.ə. IX əsrdə.
C. e.ə. IV əsrdə.
D. e.ə. II əsrdə.
E. e.ə. V əsrdə.

130. “Romalılar movhumatla çox bağlıdırlar, bununla belə, olduqca sərtdirlər...” sözləri hansı alman filosofuna məxsusdur?
A. F.Hegel.
B. İ. Kant.
C. F. Şiller.
D. F. Klinger.
E. V. Höte.

131. Kim Siseronu “İtaliya İntibahının ilk böyük sənətkarı” adlandırıb?
A. S. Utçenko.
B. A. Seneka.
C. M.Avreli.
D. L. Kar.
E. F. Hegel.

132. Kim Siseronun “itmiş” sayılan əsərlərini tapıb xalqa çatdırmışdır?
A. Homer.
B. Petrarka.
C. Holbax.
D. Didro.
E. Voltor.

133. XIII əsrdə Avropada başlanan inkvizisiya İspaniyada neçənci ildə xüsusi dekretlə ləğv olundu?
A. 1815.
B. 1920.
C. 1834.
D. 1793.
E. 1954.

134. Qərbi Avropada neçənci əsrdə “Humanizm hərəkatı” genişlənmişdir?
A. XIV əsrdə.
B. XX əsrdə.
C. XV əsrdə.
D. VIII əsrdə.
E. XIII əsrdə.

135. “Teatr xalqı tərbiyə etmək üçün qüdrətli vasitədir” sözləri hansı fransız maarifçi-filosofa aiddir.
A. J.Z.Dalamber.
B. D.Didro.
C. Ş.Monteskyö.
D. M.A.Volter.
E. İ.İ.Russo.

136. “İncil” neçənci əsrdə yaranmışdır?
A. e.ə. III-II əsrlərdə.
B. e.ə. IV-III əsrlərdə.
C. b.e. I əsrində.
D. e.ə. VI-V əsrlərdə.
E. e.ə. II-I əsrlərdə.

137. Knyaz Vladimir neçənci ildə pravoslav dinini qəbul edib?
A. 993-cü ildə.
B. 988-ci ildə.
C. 561-ci ildə.
D. 857-ci ildə.
E. 798-ci ildə.

138. Hansı xəlifənin dövründə Ərəbistanda islam dini sabitləşdi və geniş yayıldı?
A. Xəlifə Ömər.
B. Xəlifə Osman.
C. Xəlifə Əli.
D. Xəlifə Əbu Bəkr.
E. Xəlifə Həsən.

139. “Poeziya kainatın vəznini (ritmini) tutmaqdırsa, fikir onu sistemə salmaqdır” sözləri hansı İtaliya filosofuna məxsusdur?
A. B. Kroçe.
B. Vergili.
C. Strabon.
D. Kafka.
C. Apuley.

140. “Simvolizmin manifesti” əsərinin müəllifi kimdir?
A. Ş.Bodler.
B. A. Rembo.
C. P.Verlen.
D. J.Moreas.
E. S.Mallarme.

141. “İncəsənət əsəri – şəxsin, yəni fərdin emosional vəziyyətinin xüsusi ifadə vasitəsi­dir” sözləri kimə məxsusdur?
A. A.Kamyu.
B. J.P.Sartr.
C. Z.Freyd.
D. A.Breton.
E. S.Bekker.

142. “Şərqdə dinə münasibət məsələsi fövqəladə əhəmiyyət daşıyır” sözlərinin müəllifi kimdir?
A. M.F.Axundov.
B. A.Bakıxanov.
C. M.Mahmudbəyov.
D. A.Şaiq.
E. N. Nərimanov.

143. “Yeddi gözəl” baletinin müəllifi kimdir?
A. Q.Qarayev.
B. F.Əmirov.
C. C.Cahangirov.
D. A.Məlikov.
E. Ü.Hacıbəyov.

144. “100 tip” adlı məşhur silsilə rəsmləri Azərbaycan rəssamlarından kimə məxsusdur?
A. Ə. Əzimzadəyə.
B. T.Salahova.
C. Q.Xalıqova.
D. S.Salazadəyə.
E. Ş.Şərifzadəyə.

145. Panfletlərinə və vəzifəli aristokratlarla ixtilaflara görə 2 dəfə Bastiliyaya salınmış, sonra isə Londona sürgün edilmiş maarifpərvər yazıçı, alim kimdir?
A. M.A.Volter.
B. D.Didro.
C. Ş. Monteskyö.
D. A. Holbax.
E. J. Büffon.

146. İngiltərədə Oksford və Kembric universitetlərinin açılışı neçənci əsrə aiddir?
A. XI əsr.
B. IV əsr.
C. XIII əsr.
D. XX əsr.
E. XII əsr.

147. “Dövləti filosoflar, hərbiçilər, sonra isə sənətkarlar idarə etməlidir” sözləri kimə aiddir?
A. Demokrit.
B. Fales.
C. Pifaqor.
D. Platon.
E. Herodot.

148. “Dözümlülük, möhkəmlik, sadəlik və az danışmaq insanı humanizmə yaxınlaşdırır” sözlərini kim demişdir?
A. Budda.
B. Konfutsi.
C. Kroçe.
D. Kamyü.
E. Russo.

149. E.ə. 1500-cü illərdə hansı hərbi qəbilə tez-tez Hindistana hücum edirdi?
A. dorilər.
B. çinlilər.
C. arilər.
D. hunlar.
E. çinlilər.

150. Məhəmməd Peyğəmbər neçənci ildə anadan olmuşdur?
A. 570-ci il.
B. 615-ci il.
C. 780-ci il.
D. 565-ci il.
E. 500-cü il.


Tarix: 08.12.2014 / 17:32 Müəllif: Aziza Baxılıb: 512 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...