Yaşayış məskənləri
Bildiyimiz kimi yaşayış məskənləri maddi mədəniyyətin mühüm tərkib hissəsidir. Məskənlərin tarixi insan kollektivinin tarixi qədər qədimdir.
Azərbaycan kəndləri 4 tipdədir. Yol kənarı, çay kənarı, düzən və ya dağlıq, şəhər ətrafı kəndlər. Azərbaycan kəndləri öz quruluşuna görə də 4 qrupa bölünür. Koma-koma, Yığcam, küçəvari, pərakəndəformalı kəndlər. Bundan başqa yaşayış məskənlərinin kənd, şenlik, oba kimi tarixən qərarlaşan ictimai-iqtisadi formaları da vardır. Əhalinin təsərrüfat ənənələri, mövcud inşaat materialları, iqtisadi güzaran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma və tip müxtəlifliyinə sox böyük təsir göstərən amillərdəndir. Azərbaycan əhalisi qədim dövrlərdən bəri başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa edirdilər. XIX-XX əsrin əvvəllərində Azərbaycanın dağlıq və dağətəyi zonalarında qazma evlər, bir mərtəbəli və ya kürsülü, yastı və ya kirəmitli dam örtüklü evlər, düzənlik rayonlarında isə müxtəlif ev tipləri müstəsna olmaqla əsasən Şirvani, Batdadivə Çovustan tipli evlər, habelə kərpic və möhrə evlər üstünlük təşkil edir. Bağdadi, kərtmə, cımğa, cığ, və aradoldurma evlər başlıca olaraq ağac materiallarından inşa edilən ev tipləri idi. Çovustan və daxallar isə bir qayda olaraq qarğı, qamış və çubuq kimi tikinti materiallarından tikilirdi. Bunların üstünə suvaq çəkilirdi. Elat evlərinə gəlincə bunlar adətən alaçıq, coma, dəyə, muxur, qara keçə və s. ev tipləri idi.
Adları çəkilən ev tipləri içərisində qazma evlər ən qədim arxaiq ev tiplərinə aid edilir. Azərbaycanın dağətəyi və çaykənarı kəndlərinin sakinləri bir qayda olaraq öz evlərini təbii çay daşlarından tikirdilər. Bu gün yaşayış evlərinin ən arxaiq ünsürü sayılan qazma evlərdən təsərrüfat məqsədi ilə istifadə olunsa da onlar uzun müddət yaşayış evləri kimi insanlara xidmət etmişlər. Bir çox tədqiqatlar Azərbaycan ərazisində tikilən Qaradamları gürcülərin Dərbaziləri ilə eyniləşdirirlər. Lakin qaradamların öz xarakterik xüsusiyyətləri vardır. Bəzi erməni etnoqrafları bu qaradamları erməniləşdirməyə çalışırlar. Və onların Qlaxatun ev tipi ilə eyni olduğunu göstərirlər. Guya azərbaycanlılar bu ev tipini ermənilərdən mənimsəmişlər. Lakin tarixi-etnoqrafik tədqiqatlar bunu sübut etmir.
GEYİMLƏR. Azərbaycanda natural və yarımnatural fərdi kəndli təsərrüfatının uzun müddət ərzində davam etməsi müxtəlif səciyyəli geyim tipinin yaranmasına təsir göstərmişdir. Bir qayda olaraq qapalı təsərrüfat formasında istifadə üçün zəruri olan geyim materiallar: gön-dəri, ipək, pambıq, yun hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı.Çəpgən, ləbbadə, nimtənə, çərkəzi, çuxa, kürdü, küləcə və s. adda mili geyim növləri mövcuddur.
Milliyeməklər: Azərbaycan xalq yeməkləri və içkiləri maddi mədəniyyətin mühüm tərkib həssəsi kimi öz müsbət ənənələrinidövrdən-dövrə keçirərək dəyişikliyə məruz qalmış və daha da zənginləşmişdir. Ərzaq məhsulları 2 tərkibdə qruplaşdırılır. 1. Bitki mənşəli yeməklər, 2. Heyvan mənşəli. Azərbaycan mili xörəklərinin xeyli hissəsi düyüdən hazırlanırdı. 50 növ plov mövcuddur. Azərbaycan mətbəxində quş əti və balıq məhsullarından da geniş istifadə edilir.
Nəqliyyatvasitələri: Yollar həmişə xalqın həyatına, onların minkişafına, iqtisadi vəziyyətinə çox böyük təsir göstərən maddi-mədəni amillərdən biridir. Əgər müəyyən bir ölkədə rahat və abad yollar varsa, rabitə və nəqliyyat vasitələri nə qədər çoxdursa, həmin ölkə bir o qədər də varlı və mədəni ölkə sayılır ki, bu duradan da onun siyasi əhəmiyyəti ortağığa çıxır. Təkcə yolların vəziyyəti müəyyən bir ölkənin mədəni və iqtisadi inkişafı haqqında fikir yürütməyə imkan verir.
Öz dövrünə görə ən surətli nəqliyyat vasitələrindən biri at olmuşdur. Atdan həm minik, həm də yükdaşıma vasitəsi kimi istifadə olunurdu. Yükdaşıma vasitəsi kimi dəvədən də geniş istifadə edilirdi. Azərbaycanda xalq nəqliyyat vasitələri 4 qrupa ayrılır: Piyada, minik-yük, təkərsiz, təkərli. Dünyanın başqa xalqlarında olduğu kimi, Azərbaycanda da XIX əsrdə müəyyən yükləri yaxın məsafələrə çiyində, başda və kürəkdə daşıyırdılar. Başda yük daşıması əsasən Azərbaycanın Lənkəran-Astara, Quba-Xaçmaz və Abşeron zonalarında yayılmışdır. Minik yüklərində at, öküz, qatır, dəvədən istifadə edilirdi. Təkərli nəqliyyat vasitəsinin meydana gəlməmi ümumiyyətlə nəqliyyat vasitələrinin inkişafı tarixində irəliyə atılmış mühüm addım idi. Burada 2 və ya 4 təkərli arabalardan istifadə olunurdu. 4 təkərli arabalardan istifadə olunması Azərbaycanda III minilliyin axırları II minilliyin əvvəllərinə aid edilir.
AİLƏ: Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər patriarxal ailənin güclü qalıqları saxlanılır və bunlar bütünlüklə şəriət qanunları çərçivəsində nizamlanırdı. Başlıca ailə formaları monoqam və patriarxal ailə nigah formaları idi. Azərbaycanlıların ailə nigah münasibətlərində iki forma ekzoqamiya-xarici və endoqamiya-daxili nigah geniş yayılmışdır. Endoqamiya yaxın qohumlar arasında bağlanan nigah formasıdır. Endoqamiyanın kroskuzen- dayı oğlu ilə bibi qızı arasında nigah, Ortokuzen- əmi oğlu ilə əmi qızı arasındakı nigah, sororat — eyni vaxtda bir neçə bacı ilə bağlanan nigah, Levirat — qardaş arvadı ilə nigah kimi nigah qaydalarına riayət edirdi. Ailənin başçısı ailə üzvlərinin bütün iqtisadi mənəvi həyatlarına rəhbərlik edirdilər. Ailənin bütün üzvləri danışıqçız ağsaqqala tabe idilər.
Azərbaycanlıların ailə məişətindəki ekzoqamiya adəti də ən qədim nigah qaydalarından biridir. Bir-birinə qohum olmayan, lakin yaxın qoşuluq münasibətlərində olan ailələr alıb verməklə bir-biri ilə qohumlaşırdılar. Belə ekzoqam nigahlar eyni bir kəndin icma üzvləri, habelə qoşu kənd icma üzvləri arasında da bağlanılırdı. Şəriət qaydaları başqa millətlərdən olan qızlarla evlənməyi qadağa etmirdi: bunun üçün belə bir şərt qoyulurdu ki, gəlin islam dinini qəbul etməlidir. Əlbəttə belə nigahlara nadir hallarda rast gəlinirdi.
MƏNƏVİ MƏDƏNİYYƏT
Mədəniyyət tarixi insanlığın tarixi qədər qədimdir. Dünyanın heç bir yerində və heç bir vaxt mədəniyyətsix xalq olmamış və yoxdur. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dünya xalqları özlərinə məxsus mədəniyyət yaratmışlar. Etnoqraflar adətən mədəniyyət anlayışını maddi və mənəvi mədəniyyət tiplərinə bölürlər. Maddi mədəniyyət – nəqliyyat vasitələri, yaşayış məskənləri və evlər, yeməklər, geyim və bəzəklər və s. Mənəvi mədəniyyət anlayışına isə insanın zehni əməyi nəticəsində yaranan bütün şeylər daxildir. Bunlar əsasən adət-ən-ənə, elm, din, fəlsəfi görüşlər, xalq yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və etiqadlardır.
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini, məişətini, təsərrüfat sahəsini əks etdirən folklor materialları əsboyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək nəsillər üçün həmişə mühüm tərbiyəli rol oynamışdır. Qədim Azərbaycan nəğmələri də iühüm əhəmiyyət kəsb edir. Bu nəğmələrdə əhalinin məişət və təsərrüfat həyatı xüsusilə öz əksini tapmışdır.
Xalq mili bayramlarda öz adət-ənənələrinidaha yaxşı biruzə verir. Məsələn Novruz bayramında xalq yaradıcılığında səhnələşdirilmiş oyunların tamaşaları böyük rol oynayır. Kosa-kosa, Xan-xan, Maral oyunu, pəhləvanların yarışı və s. Azərbaycanın ayrı-ayrı bölgələrində bu günə qədər də saxlanılmış xalq oyunları qədim mədəni tariximizin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Odur ki, onların bütöv Azərbaycanın ayrı-ayrı bölgələri üzrə tədqiqi həm də mənəvi irsin qorunub saxlanılması baxımından qiymətlidir. İpatdı, Beşdaş, Çovkan qədim xalq oyunlarındandır. Çovkan haqqında N. Gəncəvinin əsərlərində də danışılır. Bu oyunun Azərbaycanda – Gəncə-qarabağ bölgəsində geniş yaılması bildirilir. Xalqımızın mənəvi mədəniyyətində xalq musiqi yaradıcılığının xüsusi yeri vardır.
Tarix: 09.12.2014 / 13:00 Müəllif: Aziza Baxılıb: 166 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)