Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi.
Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyükm olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.
Qədim finikiyalıların mədəniyyəti haqqında danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir. Bütün Suriya xalqlarında olduğu kimi, finikiyalıların da dini xalis hissi xarakter daşıyır, təbiəti ilahiləşdirirdi. Onun mahiyyətini yaradıcı və artım gətirən təbiət qüvvələrinə sitayiş və etiqad təşkil edirdi.
Baş allah Günəşin təmsilçisi olan Vaar, digər şəhərlərin allahları Vaal-Peor, Vaal sev və başqaları hesab olunurdu. Bununla yanaşı, məhəbbət ilahəsi Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı görkəmə malik idi, qadın allahı Astarta da dini obrazlardan birini təmsil edirdi. Tir şəhərinin yerli himayəedici allahı Melkartda – (yəni səyyar günəşdə təmsil olunan), həm yaradar, həm də dağıdardı. Adonis, qürub edən Günəş, Daqon isə dəniz allahı idi.
Finikiyalıların sitayişi, həm sərt (belə ki, Molox və Astartanın şərəfinə insanlar qurban verilərdi), həm də hisslərlə (ilahə Vaaltisin şərəfinə məbədlərdə qızlar insan ehtiraslarını coşdururdular) müşayiət olunan idi. Bu xalqda sünnət də dini səciyyə kəsb edirdi.
Parçanın qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edildi. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi.
Qədim finikiyalıların ədəbiyyatı haqqında məlumatların mədəniyyət tarixində azlıq təşkil etməsinə baxmayaraq bu xalqın ədəbi fəaliyyəti haqqında da fikir yürütmək olar.
Finikiya əlifbası-ən qədim əlifbaFinikiyalıların özlərinin kəşf etdikləri və ya onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi (b.e.ə. XI-X əsr) Yunan əlifbasının və eyni zamanda müasir əlifbanın sələfidir. Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər onu Hindistan və Mərkəzi Asiyaya kimi yaydılar. Yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsədilər. Onlar bu əlifbanı soldan sağa yazarıq bir neçə sait səs əlavə etdilər.
Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən bəllidir. Bu tərcümədə e.ə. 500- cü ildə Afrikanın cənub sahillərinədək gedib çıxmış Hənnanın səyahəti haqqında təsəvvürlərin mövcud olması qeyd edilir. Finikiyalıların incəsənəti o qədər də orijinal deyil. Bu incəsənətdə Babil-Misir təsiri də duyulmaqdadır. Lakin finikiyalılar gözəl memarlıq nümunələri yaratmışlar. Bu memarlar Suriya ərazisində olan bütün semit dövlətlərinin işlərində yaxından iştirak etmişlər. Tir şəhərinin yetirməsi olan memar Kiram, Yerusəlim məbədini inşa etmişdir. İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı və xarabalıqları qalmaqdadır ki, bunlar da bir daha finikiyalıların təmtəraqlı tikintilərə olan maraq və sevgisinin şahididir.
Ümumiyyətlə, Finikiya mədəniyyəti nümunələrinin dünya mədəniyyət tarixində qismən azlıq təşkil etməsinə baxmayaraq sənətkarlıq aspektindən o, öz unikal üslub tərzinə görə bəşər sivilizasiyasında özünəməxsus yer tutan mədəniyyətlərdən biri ola bilmişdir.
Qədim Assuriya mədəniyyəti
Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud olmuşdur.
Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər “Aslanlar yuvası” adlanırdış
Babil mədəniyyətini inkişaf etdirən assuriyalılar b.e.ə. VIII əsrdə Babilistanı özlərinə tabe etdilər. Nineviyadakı sarayda alimlər Assuriya hökmdarı Aşşurbanipal (b.e.ə. VII əsr) dövrünə təsadüf edən və həmin dövr üçün çox zəngin sayılan kitabxana tapmışlar. Burada on minlərlə mixi yazı mətnləri əldə olunmuşdur.
Belə güman edilir ki, həmin kitabxana vaxtilə babil, o cümlədən qədim şumer ədəbiyyatlarını özündə cəm etmişdir. Yeganə savadlı hökmdar olan Aşşurbanipal maarifpərvər, xüsusi təhsil almış bir şəxs olduğundan qədim yazı abidələrinin toplayıcısı idi. Onu qədim İkiçayarası mədəniyyətindən 2 min ildən artıq zaman kəsiyi ayırsa da, o qədim gil lövhəciklərin dəyərini dərindən dərk edir və ona görə də bunları toplayaraq mühafizə edirdi.
Qeyd edək ki, təhsilə malik olmanı digər Assur hökmdarlarına xas olan əsas keyfiyyət digər ölkə və dövlətləri özünə tabe etmək cəhdi idi.
Assur mədəniyyətində incəsənət, xüsusilə təsviri sənət daha çox inkişaf edirdi. B.e.ə. I minillikdə Assuriya təsviri sənətində qələbə əzmini, təcəssüm etdirən obrazlara üstünlük verilirdi. Bu baxımdan qanadlı öküzlərin təsviri xüsusi məna kəsb edirdi. Öküzlər insan sifətli, parlaq gözlü beş dırnaqlı təsvir olunurdu. II Sarqonun sarayında (b.e.ə. VII əsr) təsvir edilən öküz belələrindəndir. Memarlıq tikililərində heyvanların – şir, dəvə, atların təsvirləri üstünlük təşkil edir.
Assuriya saraylarına xas olan təsvirlərin məzmununa qüdrətli hökmdar, kinli, amansız şah obrazı daha xasdır. Assuriya incəsənətində hökmdar qəddarlığının təsviri dünya sənət tarixində daha orijinal görünür. Assuriyalıların mənəviyyatındakı bu qəddarlıq, görünür, onların yüksək olmayan dini təsəvvürləri ilə bağlıdır.
Ümumilikdə Assuriya mədəniyyəti çox da zəngin olmasada dünya mədəniyyət tarixində dərin iz buraxmağa müvəffəq olmuşdur.
Tarix: 08.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)