Məlumata görə tez hirslənən insanlarda infarkt və ya beyin qanaması riski artmış olur.
Harvard Universitetinin Sağlamlıq Fakültəsinin tədqiqatçıları, insanın hirsli reaksiya göstərdiyi anları müşahidə edərək hirsli və əsəbi vəziyyətlərdə ürək böhranı riskinin 2 saatda daha çox artdığını görüblər. Həmçinin məlumatda infarkt keçmişi olan xəstələrin bu cür təhlükəyə həssas olduğu bildirilib.
Minlərlə adamı əhatə edən doqquz araşdırmadan yığılan məlumatlara görə, hirsli reaksiya göstərən bir adamın infarkt keçirməsi təhlükəsi təxminən 5 qat , beyin qanaması keçirməsi təhlükəsi isə 3 qat çox olur.
Araşdırmaçılara görə, əhalinin daxilində, tək bir hirslənmə hadisələrində infarkt riski aşağı nisbətdə olur. Ayda bir dəfə hirsə qapılan insanlarda, ürək-damar riski 10 min adamdan birində görülüb. Yüksək ürək-damar riski daşıyan insanlar arasında nisbət isə 10 mində dördə çıxıb.
Davamlı stress altında yaranan əsəbilik bəzi insanlarda təzyiqi artırmaqla siqaret və ya həddindən artıq spirt istifadəsinə meyli də artırır.
Buda xəstəliklərə səbəb olur. Bu cür halların qarşısının alınması üçün stress səviyyəsi azaldılmalı, depressiya hallarını aradan qaldırmaq üçün praktik üsullar tətbiq olunmalıdır.
Tarix: 16.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Kardiologiya