Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu məhsullar ürək sağlamlığına təsir edir

Bildiyimiz kimi, ürək xəstəlikləri səhv qidalanma vərdişlərindən, hərəkətsizliklikdən, ekoloji və digər faktorlardan yaranır.
Adətən səhv qidalanma vərdişlərini nizamlayarkən bəzi hallarda qida rasionunda balıq və balıq yağını, sarımsağı, müxtəlif çərəzləri, şokaladı, yaşıl çayı, qırmızı üzümü, paxla məhsullarını, quru əriyi və s. qidaları nəzərə alırıq. Ancaq ürək sağlamlığına təsir göstərən məhsullar da var. Bunlar aşağıdakılardır:
* Siqaret və spirt istifadəsi
* Müxtəlif yağlar (quyruq yağı, marqarin, qatı yağalar və s.)
* Basdırma, qaraciyər, böyrək, dil, dalaq, beyin və ət məhsulları, sosiska
* Krevet, kürü, squid kimi dəniz məhsulları, qaz əti və s.
* Qızardılmış və qovrulmuş qidalar (ət xəmir işi , tərəvəz)
* Qaymaq, qatılaşdırılmış süd tozu
* Həddindən artıq yağlı böyrək, keks, tort, peçenye kimi qidalar
* Gündə 1 fincandan çox qəhvə və neskafe
* Məzmunu bilinməyən hazır qidalar
Onuda qeyd etmək lazımdır ki, hiper təzyiqi olanlar duz qəbulunu azaltmalı, turşu, şor qidalar, soda, hazır qida və içkilərdən uzaq durmalıdırlar.
Lazımi, prosedurlardan əlavə günlük kalori miqdarını məhdudlaşdırmaq, doymuş yağlardan istifadəni azaltmaq da ürək sağlamlığına təsirlidir.


Tarix: 16.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Kardiologiya
loading...