Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Domisian

Tit Flavi Domisian (51, Roma-96, həmin yerdə) - Roma imperatoru (81-96), Flavilər sülaləsinin son nümayəndəsi. Atası Vespasianın hakimiyyət uğrundakı mübarizəsində fəal iştirak etmişdir. Əyalət şəhərlərini müdafiə etmiş, onların əhalisinə Roma vətəndaşlığı hüququ verirdi. Bürokratik aparatı və hakimiyyətini senatın hüquqları hesabına möhkəmlətməsi senatın narazılığına səbəb olmuşdu. Domisianı azad edilmiş qullar öldürmüşlər. Domisianın dövründə romalılar Azərbaycan ərazisinə gəlmişdilər. Qobustanda tapılmış (1948) kitabədə Domisian və XII İldırımsürətli legionun adı çəkilir.


Tarix: 05.03.2013 / 13:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Dunya ve tarixi
loading...