Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşbara xaqan

İşbara xaqan (581-587) —Aşina sülaləsindən Göytürk xaqanı.

Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Ənənələrə görə şərq tərəf baş xaqan olmalı idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Suy sülaləsi, Göytürk xaqanlığındakı mövcud anlaşılmazlığı daha da qızışdırmışdır. Çoxdan hakimiyyətə can atan Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Nəticədə Göytürk xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır. Bu hadisədən sonra İşbara Xaqanın əlində yalnız şərq qalmışdır. Göytürk Xaqanlığının ikiyə ayrılmasından sonra, Şərq Göytürk dövləti gücünü itirməyə başlamışdır. İşbara Xaqanın Çinə təşkil etdiyi səfərlər müvəffəqiyyətsizliklə nəticələnmişdir. Çin ipək ticarətinə maneə törədirdi. Bu vəziyyət Şərqi Göytürkləri arasında aclıq və yoxsulluğun başlanmasına gətirib çıxarmışdır. Şərq Göytürklərə bağlı bir çox türk boyu qıtlıq səbəbiylə Qərb Göytürklərə sığınmışdır. Özünə bağlı boyların Qərb Göytürk xaqanlığına sığınması İşbara xaqanı çətin vəziyyətə salmışdır. 585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərq Göytürk Xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi, Çin üçün təhlükə olan, türklər də daxil olmaqla bütün Orta Asiya xalqlarını çinliləşdirmək idi. Bu səbəbdən Çin, Şərq Göytürkləri çincə danışmağa, çinlilər kimi geyinməyə və çin adətlərini qəbul etməyə məcbur etmişdir. Bunun üzərinə İşbara xaqan bu mövzu haqqında 585-ci ildə Çin İmperatoruna məktub yazmışdır. İşbara Xaqan Çin imperatoruna yazdığı məktubda belə demişdir: "Sizə bağlı qalacaq, xərac verəcək qiymətli atlar hədiyyə edəcəyəm. Lakin dilimizi dəyişdirə bilməm. Xalqıma Çin geyimləri geydirə bilməm. Adətlərinizi, qanunlarınızı götürə bilməm. İmkan yoxdur. Çünki bu istiqamətlərdən bütün millətim, həssaslıqla çarpan tək bir ürəkdir."

Tarduya qarşı mübarizə edə bilməyəcəyini görən İşbara imperator Yanq Cianın vassalı olmağı qəbul etdi. Taxtı qardaşı Baqa xaqana verərək çəkildi. Elə həmin il də öldü.


Tarix: 02.03.2013 / 17:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Dunya ve tarixi
loading...