I İbrahim I Əhmədin oğludur, 1615-ci ildə anadan olub. Böyük qardaşının gənc yaşda ölümünə heç cür inana bilmədi. Sultan olduğunu bildirən anasına və paşalara: "Allahu təala padşah qardaşımızın ömürünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Padşah qardaşımızın ömürünə duaçıyıq." dedi. Ancaq anası və dövlət adamlarının israrı ilə böyük qardaşı sultan IV Muradın naşını gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbi! Mənim kimi zəif bir qulunu bu mövqeyə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən hoşnud et" deyə dua edərək 9 fevral 1640-cı il tarixdə taxta oturdu.
Sultan İbrahimin taxta keçdinin ilk ilində Mirgünoğlu hadisəsi baş verdi. IV Muradın İran səfəri əsnasında Rəvan qalası komandiri olan Əmr Mirgünoğlu, qalanın fəthindən sonra bağışlanılaraq Əmircanda oturmasına icazə verilmişdi. Səfeh, ayaş və əxlaqsız bir kimsə olan Mirgünoğlu, Sultan IV Muradın ölümünü fürsət bilərək bölücü və dağıdıcı təbliğatlar ilə müsəlmanları aldatmağa başladı. Bu fəaliyyətləri üzərinə Sultan İbrahim yerində bir qərarla onu edam etdirdi. Hürufilər və mülhidlər, bundan ötəri Sultan İbrahimə düşmən oldular. Müxtəlif böhtanlarda atdılar. Bu yalana və uydurma hekayələrə inananlar bu müsəlman Türk sultanına bilməyərək dəli deyə böhtan atmaqdadırlar.
İbrahim bundan sonra xarici məsələlərilə maraqlanmağa başladı. 1637-ci ildə Ruslar tərəfindən işğal olunan Azak qalası üzərinə bir ordu göndərdi. Ruslar qalanı təslim etdilər. 1641-ci ildə Osmanlılar Bavyera içlərinə qədər irəlilədi. Şimal Bavyeradakı bəzi qəsəbələr Osmanlı hakimiyyətini qəbul etdilər. İmperator Ferdinand Osmanlı fəthlərini qəbul edərək Zitvatoruk andlaşmasını yenilətməyə müvəffəq oldu.
Digər tərəfdən Malta Saint-Jean cəngavərlərinin fürsət tapdıqca Türk ticarət gəmilərinə hücum etmələri üzündən, Sultan İbrahim onların ən böyük sığınacağı olan Krit adasının fəthini əmr etdi. 20 İyun 1645-ci ildə Saqqız adasından dənizə daxil olan Osmanlı donanması, 17 iyulda Xana limanını fəth etdi. Xananın Osmanlılar tərəfindən fəthi, Avropada böyük əks səda oyatdı. Almaniya və İtaliya, əsgər göndərərək Venedikə kömək etmək qərarı aldı. Bu sırada Xana mühafizəsinə gətirilən dəli Hüseyn Paşa, hərəkata davamla Resmo qalasını ələ keçirdi.
1647-ci ildə Quru Musa Paşanın ölümü ilə Sədarət mövqeyinə gətirilən Həzar-pare Əhməd Paşanın diqqətsiz və ədalətsiz davranışları əleyhdə böyük üsyanı özü ilə gətirdi. Bu vaxt hürufilərin Sultan İbrahim əleyhinə etdikləri böhtanlar da hədəfinə çatmışdı. Necə ki Həzar-pare Əhməd Paşa əleyhinə olaraq başlayan üsyan, Sultan İbrahimin də taxtdan endirilməsiylə nəticələndi. Taxta oğulu IV Mehmed çıxarıldı. Sultan İbrahim həyatda rahat yaşaya bilməyəcəyi səbəbindən, 18 avqust 1648-ci il tarixdə özünü şəhid etdirdi.
Tarix: 03.03.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Dunya ve tarixi