Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III Mustafa

Sultan III Mustafa (1757-1774)

III Əhmədin oğludur. 1717-ci ildə anadan olub. III Osmanın vəfatından sonra 30 oktyabr 1757-ci ildə hökmdar oldu. Taxta keçən kimi “Ədalətnamə” elan etdi. Xəzinəni zənginləşdirmək üçün tədbirlər gördü. Dövlətin maliyyəsinə zərər verən, zəhmətsiz qazanclar arxasında qaçan yəhudi və xristian tayfasının möhkəm idarə altına alınmasını təmin etdi. Osmanlı Dövlətini əsgəri baxımdan inkişaf etdirmək üçün topçu məktəbini etdi. Ordunun artan top ehtiyacına cavab vermək üzrə Hasköydə müasir bir top metaltökməsi quruldu. Bu iş üçün xüsusilə Fransız ordusunda xidmət görmüş olan Baron da Tottdan istifadə edildi. Donanma fəaliyyətləri ələ alınıb gəmi inşası sürətləndirildi.

Bu vaxt Urban quldurları həcc yolunu təhlükəyə salmışdı. Bu hadisələrə səbəb olan Məni Hərb qəbiləsi şiddətlə cəzalandırıldı. Üsyan edən Əflak başçısı tutularaq həbs edildi. Dəliol, Qars, Karaman, Aydın, Kipr, Bosniya və Karadağda meydana gələn intizamsızlıqlara qarşı tədbirlər görüldü.

III Mustafa xarici siyasətdə daim təmkinli hərəkət edərək sülh və sakitliyi mühafizə etdi. Fransa və Prusya arasında yeddi il davam edən döyüşlərə tərəflərin təhriklərinə baxmayaraq qatılmadı. Osmanlı Dövlətini bu dövrədə döyüşdən uzaq tutan dövlət adamları arasında xüsusilə Sədrəzəm Böyük Ragıb Paşa əhəmiyyətli bir yer tutmaqdadır. Necə ki Ragıb Paşadan sonra dövlət idarəsində söz sahibi olan paşalar arada daimi olaraq bir ixtilaf olan Rusiya ilə hərbə meyl edirrdilər(1769). Osmanlı qüvvələri başlanğıcda Krımda və Tuna boylarında ağır məğrubiyyətə uğradılar. İbrail, Bender, Kefe, Yenikale və Kerç kimi müstahkem yerlərr Ruslar tərəfindən işğal olundu. Rus donanması Bulaq limanında tutduğu Osmanlı donanmasına basqın edərək yandırdı.

Bu məğlubiyyətlər üzərinə idarədə dəyişikliklər edən III Mustafa , Silahdar Məmməd Paşanı sədrəzəmliyə, Cəzairli Həsən Paşanı Kapitanı Dəryalığa, Muhsinzade Məmməd Paşanı Vidin səraskerliyinə, Krım Xanlığına da III Səlim Girayı gətirdi. Bu təyinatlar və fərmanlarla vəziyyəti düzəltməyə müvəffəq olan Sultan Mustafa, Rusların Tuna Boylarındakı irəliləməsini dayandırdı.1772-ci ildə başlayan sülh görüşmələri müvəffəqiyyətsizliklə nəticələndi. Yenidən başlayan döyüşlərdə Rusların Dobruca və Şimal-şərq Bolqarıstandakı Osmanlı qəsəbələrini aldıqdan sonra ağla sığmaz barbarlıqlarla müsəlman xalqını kiçik körpələrə çatana qədər, müxtəlif işgəncələrlə öldürmələri Sultan Mustafanın kədərdən xəstələnməsinə və 21 yanvar1774-cü ildə bir cümə günü günorta azanı oxunarkən həyata gözlərini yummasına səbəb oldu.


Tarix: 03.03.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Dunya ve tarixi
loading...