Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Osman

Sultan II Gənc Osman (1618-1622)

I Əhmədin oğludur. 1604-cü ildə İstanbulda anadan olub.

26 fevral 1618 günü atasının yerinə taxta keçən əmisi I Mustafanın taxtı buraxmağa məcbur olması səbəbindən Osmanlı sultanı oldu.

II Osmanın taxta çıxışının ilk aylarında İran ilə barış andlaşması imzalanaraq hərbə son verildi. Beləcə şərq sərhədini təhlükəsizliyini təmin edən Gənc Osmanın hədəfi məmləkəti 1617-ci ildən bəri məşğul edən Lehistan məsələsini həll etmək idi. Bu sırada Boğdan başçısı Gratiani də Osmanlıya qarşı çıxmışdır. Gratiani Lehistana sığındı və böyük dəstək gördü. Bu dövlətdən aldığı 50-60 minlik bir qoşunla Osmanlı torpaqlarına hücum etdi. Ancaq Özü bəylərbəyi olan İskəndər Paşa, sürətlə hərəkətə keçib bu qüvvətləri Dövrlə çayını keçərkən məhv etdi. Düşmən ordusundan 120 top qənimət olaraq alındı.

Sultan Osman, Lehistanı ələ keçirib, Baltik dənizinə çıxmaq, orada bir donanma quraraq, Atlas Okeanına keçib Avropa xristianlığını, həm Aralıq dənizi, həm okean donanmalarıyla mühasirəyə almaq məqsədiylə 21 may 1621-ci ildə Cümə namazı etdikdən sonra səfərə çıxdı. 01 sentyabr 1621-ci ildə Hotin önünə çatdı və qala dərhal mühasirəyə alındı. Ancaq 35 gün davam edən müharibələrdə qala bir neçə dəfə alınma vəziyyətinə gəldisə də yeniçərilərin itaətsizliyi və dövlət adamları arasındakı çarpışma, qəti nəticənin əldə edilməsinə mane oldu. Ancaq nogay tatarlarının bəyi Kantəmir Mirzə ilə Krım xanının oğlu Nurəddin, Lehistan içlərinə qədər gedərək, bir çox qənimətlərlə geri döndülər. Qış mövsümünün gəlməsilə Lehistanla barış edilərək geri döndü.

Lehistan səfərində tam müvəffəqiyyət əldə edə bilməyən Sultan, bəzi islahatlar etmək istəyirdi. O, padşahın əmrlərinə itaət edən bir ordu qurmaq istəyirdi. Eyni zamanda sarayda da əsaslı dəyişikliklər barədə düşünürdü. Ancaq onun bu islahat fikirlərinə qarşı çıxanlar oldu. Sultanın getmə arzusunu bəhanə edən yeniçərilərlə sipahilər qiyam qaldırdılar. Əvvəlcə Sultanın həccə getməkdən imtina etməsi istəyiylə başladılan üsyan, daha sonra bəzi dövlət adamlarının kəlləsinin istənməsiylə böyüdü. Nəticədə Sultan Mustafanın ikinci dəfə taxta keçirilməsiylə sona çatdı.

Üsyan əsnasında Sultan Osmanı ələ keçirənlər ağır və pis sözlərlə Orta Məscidə apararaq orada həbs etdilər. Gənc padşahın məruz qaldığı təhqirin həddi hesabı yox idi. II Osman Xana qarşı vəziri əzəm Davud Paşanın tərtibiylə on bir cəllad hücum etdi. Gənc Osman, güclü qüvvətli olduğundan bunlarla uzun müddət çarpışdı, lakin içlərindən birinin çiyininə vurduğu bir balta zərbəsi ilə yerə yıxıldı və boğularaq şəhid edildi. (20 may 1622).


Tarix: 03.03.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Dunya ve tarixi
loading...