Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Mahmud haqqında rəvayətlər

Yeni hakimiyyət altına alınan bir Tacik qəsəbəsindən biri bir gün gəlib Sultan Mahmud ilə görüşmək istədiyini deyir, ancaq cangüdənlər təhlükəsizlik amilini nəzərə alıb onu Mahmudun yanına getməyə qoymurlar. Tacik təkid edir və səsini ucaldır. Səsi eşidən Mahmud Qəznəvi otağından çıxır və məsələnin nə olduğunu soruşur, vəziyyəti ona deyirlər. Taciki yanına gətizdirir və "Dərdin nədir?" -deyir. Tacik də, "Onu sənə burada deyə bilmərəm, xəcalət çəkirəm, biraz bunların yanından aralanaq"-deyir. Biraz aralanan kimi Tacik başlayır başına gələnləri deməyə.

"Siz buranı tutandan bir neçə gün sonra bu boyda, bu buxunda, bu yaşlarda olan bir əsgəriniz gəlib məni evdən çıxartdı, balaca uşaqlarım və yoldaşımla bir müddət evdə qaldı sonra çıxıb getdi. Bu işi bir neçə gündən bir görür. Sizdən qorxduğuma görə ona heç nə deyə bilmirəm".

Mahmud Qəznəvi, mühafizlərinə adamı göstərir və "Bu şəxs günün hansı vaxtında gələrsə gəlsin dərhal mənim yanıma gətirərsiniz" deyə göstəriş verir. Tacik gedir aradan üç gün ötəndən sonra azan vaxtı qaçaraq gəlir, Sultanla görüşmək istədiyini bildirir. Görüşdürürlər və o, əsgərin gəldiyini Mahmuda çatdırır. Sultan Mahmud, mühafizlərindən bir neçəsini götürür, məşəlləri yandırıb sürətlə üz tuturlar adamın evinə. Mahmud, Tacikə deyir ki; "Evinə yaxınlaşdıqda mənə deyərsən!" Adam, evə iki və ya üç yüz metr qalmış, "Yaxınlaşdıq" -deyir. Sultan Mahmud məşəlləri keçirtdirir və siyirmə qılınc qaçaraq evə daxil olurlar. Əsgəri bir andaca o biri dünyaya vasil edirlər.

Mahmud, "Məşəlləri yandırın!" deyir. Məşəlləri yandırdıqda, üzü üstə düşüb dəbbələnə dəbbələnə canverən əsgəri gördükdə, "Arxası üstə çevirin!" deyə göstəriş verir. Onu döndərən kimi əyilib üzünə baxır və o andaca səcdə edir "Şükür ya rəbb" deyəndən sonra namaza durur və iki rəkat şükür namazı qılır. Sonra da evin gəlininə üzünü tutur: "Qızım mənə pendir çörək və biraz da su gətir!"-dəyir. Gəlin onun dediklərini gətirir, Mahmud oturur meyidin yanında biraz pendir çörək yeyir, sudan içir. Ev yiyəsi Tacik dözə bilməyib özünü salır Sultan Mahmudun ayağına. "Ey hökmdar, bütün bunların mənası nədir, maraqdan az qalıram dəliyə dönəm. Xahiş edirəm məni məsəldən hali elə!"

Sultan Mahmud başlayır danışmağa: "Sən gəlib məsələni danışdıqda və əsgəri təsvir etdikdə onun mənim oğlumun da ola biləcəyini fikirləşdim, çünkü o təsvir oğluma da uyurdu. Evinə biraz məsafə qaldıqda məşəlləri keçirtdim ki, içəridəki oğlum olarsa atalıq duyğularım qələbə çalar və oğlumu öldürməyimizə əngəl törədə bilər, ancaq hər kim olarsa olsun o hərəkəti eliyən ölməliydi. O öldürüləndən sonra dalı üstə çevirtdirib əyilib üzünə baxdıqda onun mənim oğlum olmadığını gördüm və tanrıya səcdə etdim, sonra da iki rəkat şükür namazı qıldım. Çörək yeməyə gəldikdə, sənin gəldiyin o gündən üzübəri, yəni üç gündür narahatçılığımdan asılı boğazımdan tikə keçməyib. Çox acmışdım ona görə yoldaşından çörək, su istədim və biraz yeyib aclığmı bastırdım".


Tarix: 01.03.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Dunya ve tarixi
loading...