Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsgəndər Çələbi

İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. İsgəndər Çələbi XVI əsrdə Sultan Süleyman Qanuninin dövründə baş dəftərdar vəzifəsinə qədər yüksəlmiş dövlət məmurudur. İsgəndər Çələbini digər dövlət məmurlarından fərqləndirən əsas cəhətlərdən biri, onun dövrünün şairlərini müdafiə etməsi olmuşdur. Başda Xəyali olmaqla bir çox şairin maddi ehtiyaclarını ödəmiş və onları mümkün təhlükələrdən xilas etmişdir. İsgəndər Çələbi 1535-ci ildə Parqalı İbrahim Paşanın göstərişi ilə edam olunmuşdur. Çələbinin edam olunmasınını səbəbi kimi, Parqalı İbrahim Paşa ilə aralarında olan mənfi münasibət göstərilir. Sultan Süleyman Qanuninin güvəndiyi İsgəndər Çələbinin onun xəbəri olmadan Parqalı İbrahim Paşa tərfindən edam olunması, Qanunini bərk gəzəbləndirmiş və bir növ bununla Parqalı İbrahim Paşa öz edamının dahada yaxınlaşdırmışdır.

Həyatı

Tarixi mənbələrdə verilən məlumatlara əsasən İsgəndər Çələbi, Xain Əhməd Paşa tərəfindən Osmanlı kübar cəmiyyətinə gətirilmişdir. Dəftərdar vəzifəsinə əvvəlcə, usta köməkçisi kimi başlamış, zamanla Osmanlı imperiysında baş dəftardar vəzifəsinə qədər yüksəlmişdir. Sultan Süleyman Qanuni ən güvəndiyi xidmətçilərini müxtəlif vəzifələrə təyin etmişdir. Belə ki, Parqalı İbrahim Paşa sərəsgər, İsgəndər Çələbi isə hərb işlər üzrə baş müvvəkil təyin olunmuşdur. İsgəndər Çələbi Osmanlı dövlətində mühüm vəzifələr tutmasından sonra var-dövləti dahada artmışdır. Çələbi dövlət vəzifələrini daşımazdan əvvəl belə varlı biri hesab olunurdu. Onun ailəsi tacir ailəsi idi və Çələbi gənclik dövründə belə heç zaman maddi ehtiyac icərisində olmamışdır.

Parqalı İbrahim Paşa və İsgəndər Çələbi arasında əvvəlcə yaxşı dostluq münasibətləri olmuşdur. İraqeyn səfəri zamanı isə tərəflər arasında olan dostluq münasibəti, düşmənclik ilə əvəz olundu. Ordunun imperiyanın şərq hissəsinə yerləşdirilməsi zamanı baş verən bir sıra problemlərin səbəbi kimi İsgəndər Paşa göstərildi. Bəzi mənbələrdə Parqalı İbrahim Paşanın İsgəndər Çələbini Sultan Süleyman Qanuninin gözündən salmaq üçün Çələbinin əsgərləri tərəfindən daşınan Osmanlı xəzinəsini oğurlanması barədə əmr verdiyi bildirilir. İşində ciddi pozuntuların baş verməsi səbəbi ilə İsgəndər Çələbi 24 oktyabr, 1534-cü ildə vəzifəsindən azad edilmişdir. Vəzifəsindən kənarlaşdırıldan 4 ay 20 gün sonra isə Bağdad şəhərinin mərkəzi meydanında asılaraq edam edilmişdir.


Tarix: 05.03.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Dunya ve tarixi
loading...