Xaqan (Kaan, Qaan) — Türk köçəri dövlətlərində ən yüksək ünvan, titul, xanlar xanı, erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu.
"Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi[1]. Monqollar imperiyasında kaan şəklində idi.Mündəricat
1 Tarixi
2 İstinadlar
3 Mənbə
4 Həmçinin bax
Tarixi
Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyuyu qəbul etdilər. 551-ci ildə avarlar və göytürklər bu ünvanı jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər
Tarix: 03.03.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Dunya ve tarixi