Malazgird döyüşü — Səlcuqlar və Bizans arasında 1071-ci il avqustun 26-da baş verən savaş.Mündəricat
1 Tarixi
2 Ədəbiyyat
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər
Tarixi
Səlcuqların əsas hədəflərindən biri də Bizans idi. Bu dövrdə Bizansda hərc-mərclik idi. Imperatriçə Eydoksiya ölkəni idarə etməkdə çətinlik çəkirdi. O, türklərin hücumunun qarşısını ala biləcək bir şəxsə ərə gedəcəyini və taxt-tacı ona verəcəyini bildirdi. Bu təklifi qəbul edən sərkərdə Roman Diogen 1068-ci ildə Bizansın imperatoru elan edildi. O, imperiyanın bütün qüvvələrini səfərbərliyə aldı. Oğuz və peçeneqləri də orduya cəlb etdi. Avropa dövlətlərindən kömək istədi. O, çox böyük ordu ilə Ərzurum istiqamətində hücum etdi. Malazgird qalasını ələ keçirdi. Səlcuq qoşununun komandanı əmir Sunduk qəfil hücum edib Bizans qoşununu məğlub etdi, Bizansın zəfər nişanı olan "Böyük qızıl xaçı" hərbi qənimət kimi ələ keçirdi.
Sultan Alp Arslan vaxt qazanmaq məqsədilə sülh bağlamaq üçün Bizansa elçi göndərdi. Diogen sülh təklifini qəbul etmədi. Alp Arslan döyüşə hazırlaşdı. Döyüşdən qabaq o, qoşununa müraciətlə dedi: "Ey əsgərlər! Əgər şəhid olsam, bu bəyaz libas kəfənim olsun!". Malazgird vuruşması 1071-ci il avqustun 26-da başlandı. Bizans qoşununu yerindən tərpətmək mümkün olmadı, səlcuqlar döyüşə-döyüşə və pusqular qoyaraq geri çəkildilər. Bu zaman oğuz və peçeneqlər səlcuqların tərəfinə keçdilər. Səlcuqlar qalib gəldilər və imperator Diogeni əsir aldılar. Lakin sultan Diogeni bağışladı və onunla 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqaviləyə görə, Bizans hər il səlcuqlara vergi verməli, lazım gələndə hərbi yardım göstərməli idi. Şərqi Anadolu Səlcuqlara verildi.
Malazgird döyüşündən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi sarsıldı. Anadolunun — Kiçik Asiyanın fəthindən sonra Bizansın mövqeyi zəiflədi. Bağdad xəlifəsi Malazirddəki qələbə münasibətilə Alp Arslanı təbrik etdi, onu "Ərəb və Əcəm hökmdarı", "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırdı.
Ədəbiyyat
İstinadlar
↑ [1]Malazgirt Savaşı (e-tarih)
Həmçinin bax
Alp Arslan
Böyük Səlcuq İmperiyası
Səlcuqlular
Səlcuqlular sülaləsi
Xarici keçidlər
Haldon, John (2001). The Byzantine Wars. Tempus ISBN 0-7524-1777-0.
Treadgold, Warren (1997) A History of the Byzantine State and Society. Stanford University Press, ISBN 0-8047-2630-2.
Runciman, Steven A History of the Crusades – Volume 1: The First Crusade and the Foundation of the Kingdom of Jerusalem. Cambridge University Press ISBN 978-0-521-34770-9.
Dirimtekin, F. (1936), Malazgirt meydan muharebesi İstanbul,.
Perk, K. (1947), Alparslan ve Malazgirt meydan muharebesi , İstanbul.
Eyice, S. (1971) Malazgirt savaşını kaybeden 4.Romanos Diogenes 1068-1071 , Ankara.
Cahen, C. (çeviren Z.Kerman) (1972), "İslam kaynaklarına göre Malazgirt savaşı", Türkiyat Mecmuası C... Say.... ,İstanbul.
turkgundem.org – Malazgirt Meydan Muharebesi İle İlgili Çizgifilm Videosu (Türkçe Video)
Tarix: 02.03.2013 / 17:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 814 Bölmə: Dunya ve tarixi