Muğan xaqan (554-572)— Aşina sülaləsindən Göytürk xaqanı.
Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
Həyatı
Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi [1]. Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. Reha Yılmaz yazır ki, bu qurultay o dövr üçün indiki parlament rolunu oynayırdı. Bu gün Qərbdə demokratik idarəçilik adlandırılan sistem eramızdan bir neçə yüz il əvvəl hunlar tərəfindən tətbiq olunurdu.
Muğan xaqan cəsur və qəddar bir adam idi. Qırmızı saçı və mavi gözləri var idi. O, yenidən baş qaldırmış jujanları məğlub etdi və onları Çin səddindən o tərəfə qovdu. Şimal Cou imperiyası türklərdən asılı vəziyyətə düşdü. Onun dövründə İstəmi xaqanın başçılığı ilə göytürklər 555-ci ildə qərbə hərbi səfər etdi, Aral gölünə çatdı, Mərkəzi Qazaxıstanı, Yeddisunu, Xarəzmi ələ keçirdi. O, Aralın şimalında alanların, indiki macarların əcdadları uqorların ciddi müqavimətinə rast gəldi. 558ci ildə türklər həmin qəbilələri məğlub edərək İdilə (Volqaya) çatdılar.
İrana gedən türk elçilərinin eftalitlər (Ağ Hunlar) tərəfindən öldürülməsindən sonra, yenidən onların hücumları Mərkəzi Asiyaya yönəldi.
Muğan xaqanın qızı Şimal Cou imperatoru Yuven Vu ilə evlənmişdi.
İstinadlar
↑ Vəli Həbiboğlu "Türk dünyasının qüdrətli hökümdarları, xaqanları, sərkərdələri Bakı, 1995"
Tarix: 02.03.2013 / 17:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 307 Bölmə: Dunya ve tarixi