Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belçika

Belçika (nid. België, fr. Belgique, alm. Belgien) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür.

Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan belgelərin etnoniminə görə adlandırılmışdır.Mündəricat
1 Tarix
2 Coğrafiyası
3 İnzibati bölgü
3.1 Bölgələr
3.2 Belçikanın əyalətləri
3.3 Şəhərlər
4 Əhali və sosial həyat
5 Din
6 Təhsil
7 İdman
8 Etnik tərkibi
9 Dil
10 Belçika bu gün
11 Belçika bölünürmü ?
12 İqtisadiyyat
13 Nəqliyyat


Tarix

Belçikaya ilk yerləşənlər Belgelər olub, 5. əsrə qədər Roma İmperiyası idarəsi altında idilər. Beşinci əsrdə isə Franklar ın zəbtinə məruz qaldılar. Daha sonra ölkə Charles (Şarlken)in Qərb imperatorluğuna daxil oldu. 1477-ci ildən sonra, Şarlkenin qardaş oğlu Maximilianın əlinə keçdi. Bundan sonra 300 il qədər Belçika xaricilər tərəfindən idarə edildi. 1713-cu ildə Avstriya İmperatorluğunun əlinə keçdi və "Avstriya Hollandiyası" deyə xatırlandı. Fransa 1813-cü ildə Belçikanı işğal etdi. 1815 də Napoleon məğlub olunca, Belçika Hollandiyalıların idarəsinə girdi. 1830-cu ildə Belçikalılar birləşərək Fransa və İngiltərənin zəmanəti altında müstəqil bir dövlət qurdular. 4 İyun 1831 tarixində bir krallıq halına gələn Belçika, Afrikada müstəmləkəçilik arzularınıda realaşdıra bilmişdir. Müstəmləkələrindən ən son Konqo, 3 İyun 1960 da müstəqilliyini qazandı. Belçika, Birinci və İkinci Dünya Müharibələrinə qatılmış və hər iki döyüşdə də Almaniya tərəfindən işğal edilmiş, Almaniyanın məğlub olması üzərinə işğaldan xilas olmuşdur. BMT və NATO üzvüdür.

Coğrafiyası

Belçika coğrafi baxımdan üç bölgəyə ayrılır. Qərbdə "Aşağı Belçika", "Orta Vadi" və cənub-şərqdə "Arden platosu"dur. Aşağı Belçika, düz bir ərazi olub, Hollandiya və Şimal dənizi tərəfindən təxminən 64 km əhatələnmişdir. Aşağı Belçikadakı Qərbi Flandriya əyalətinin 500 km-lik sahil bölgəsi polder adlı quru əraziləri ilə əhatələnmişdir ki, bu da sahil ərazilərin okean səviyyəsinin yüksəlməsinə qarşı qorunmasına yardımçı olur. Şimaldakı Kampenland və şərq hissələri qumlu və əkinçiliyə əlverişli olmayan torpaqlara malikdir. Ancaq əhəmiyyətli kömür yataqları burada yerləşir. Antrasit kömürü Belçikanın başlıca gəlir qaynağıdır. Kaolin, dəmir və əhəng daşı da çıxarılır.

Əhalinin böyük bir qismi Orta Belçikada yaşayır və bura yumşaq dalğalı vadilərlə bölünmüşdür. Bu bölgə son dərəcə münbit bir ərazi olub, son zamanlara qədər Belçikanın başlıca kömür qaynağı idi. Şelda çayı Belçikanın şimal-qərbində yerləşir. Ölkənin mərkəzi, təbii geniş kanallara sahib deyil.

Belçika xəritəsi

Arden yaylası, mərkəz vadiyə Sambre və Maas çayları ilə bağlanır. Ən yüksək yeri Botranj olub, hündürlüyü 694 metrdir. Belçikanın orta yüksəkliyi 160 metrdir. Ölkənin 18%-i meşələrlə örtülmüşdür və taxta-şalbanı çox məşhurdur.

Axar suları: Belçika sərhədində iki axar su qolu vardır. Şelda çayının iki yüz kilometrlik hissəsi Belçika sərhədindən axır. Çayın Almaniya sərhədinə yaxın hissəsində liman şəhəri Antverpen yerləşir. Digəri isə Maas çayıdır. 183 kilometrlik hissəsi Belçika torpaqlarından keçir.

İnzibati bölgü

Belçikanın üç federal bölgəsi və on bir eli

Bölgələr
Brüssel bölgəsi (paytaxt Brüssel)
Flamand bölgəsi (paytaxt Brüssel)
Valloniya bölgəsi (paytaxt Namur)

Belçikanın əyalətləri

10 əyalət və bunlara bağlı mahal statusunda bələdiyyələr vardır.
Flamand bölgəsiın əyalətləri:
Antverpen: 2.867 km² (paytaxt Antverpen (şəhər))
Limburq: 2.422 km² (paytaxt Hasselt)
Şərqi Flandriya: 2.982 km² (paytaxt Gent)
Flamand Brabantı: 2.106 km² (paytaxt Löven)
Qərbi Flandriya: 3.144 km² (paytaxt Brügge)
Vallon bölgəsiın əyalətləri:
Vallon Brabantı: 1.091 km² (paytaxt Vavr)
Eno: 3.786 km² (paytaxt Mons)
Lyej: 3.862 km² (paytaxt Lyej (şəhər))
Lüksemburq: 4.440 km² (paytaxt Arlon)
Namur: 3.666 km² (paytaxt Namur (şəhər))

Şəhərlər

Belçika əhalisinin 97,3%-i şəhərlərdə yaşayır, ölkədəki ən böyük şəhərlər:
Brüssel (Brüssel bölgəsi)(1 006 749)
Antverpen (Antverpen əyalətinin paytaxtı) (457 749)
Gent (Şərqi Flandriya əyalətinin paytaxtı) (230 951)
Şarlerua (Eno əyalətində şəhər) (201 373)
Lyej (Lyej əyalətinin paytaxtı) (185 574)
Brügge (Qərbi Flandriya əyalətinin paytaxtı) (117 351)

Əhali və sosial həyat

Belçikada yaşayan insanlar etnik baxımdan iki qrupa ayrılır. Ölkənin şimalında yaşayan Flamandlar, cənubunda yaşayan Vallonlardır. Əhalinin böyük bir əksəriyyəti Brüsseldə yaşıyır. Flamandlar german, vallonlar isə roman mənşəlidirlər. Avropada əhalinin ən az artdığı ölkələrdən biridir. Əhali sıxlığı ən yüksək olan Avropa ölkələrindəndir. Kvadrat kilometrə 323,7 nəfər düşür. Belçikalılar sadə həyatı sevirlər. Xalq ümumiyyətlə festival, velosiped yarışı, idman və kino kimi əyləncələrə düşkündür. Avropada həyat standartı ən yüksək ölkələrdəndir. Ailədə dini bağlar çox qüvvətlidir.

Din

Əhalisinin böyük əksəriyyəti katolikdir. Bir qismi isə protestant kilsəsinə ibadət edir. Vətəndaşlarının əksəriyyəti şəhərlərdə yaşayır. Əhalinin 67%-ni katoliklər, 27%-ni dinsiz, 6%-ni müsəlmanlar təşkil edir.

Təhsil

Belçikada təhsil çox inkişaf etmişdir. Gənclərin təhsilində kilsənin böyük bir yeri vardır. 14 yaşına qədər təhsil məcburudur. Kilsənin və Yəhudilərin idarəsində olan məktəblər məşhurdur. Məktəblərdə ümumiyyətlə Flamandca və Fransızca birlikdə öyrədilər. Müxtəlif sahələrdə və bir çox şəhərdə universitetlər qurulmuşdur.

İdman

Belçika idmanın müxtəlif budaqlarında özünü göstərən bir ölkədir. Atletizm, futbol, velosiped, basketbol ən müvəffəqiyyətli idmanlarıdır. Bu vaxt güləş ən çox maraq görən idmanlar arasındadır.

Etnik tərkibi

Avropanın güclü dövlətləri tərəfindən, 1830-cu ildə, "tampon bölgə" olaraq qurulan, İngiltərədə yaşayan bir Alman şahzadənin krallığına verilən və Konqo müstəmləkəsiylə zənginləşərək, ehtiyaclarının böyük qisimini aradan qaldıran Belçika, Hollandiya tərəfindən danışan Flamanlar və Fransızca danışan Valonlardan meydana gəlir. Əhalinin 58%-ni flamanlar, 31%-ni vallonlar, 11%-ni fransızlar və almanlar təşkil edir.

Dil

Ölkədə almanca danışan kiçik bir xalq qrupu da var. 90%-i fransızca danışan Brüsselin "cüt dilli bölgə" hesab olunur. Flamandlar flamandca, Vallonlar fransızca danışır. Bəzi bölgələrdə almanca da danışılır.

Belçika bu gün

Belçikalılar, 1980-ci illərin başında, "model olmaq" iddiasıyla yönəldikləri federal sistemlə yerli parlament və rəhbərliklərin səlahiyyətlərini genişlətdilər. Valonya, Flandr və Brüssel bölgələrində fərqli hökumətlər qurularkən, "ayrılıqçılıq" (seperatisme) ölkə konstitusiyasının "təməl qanunları" arasında iştirak etdi. Bu vəziyyət, Valonlar, Flamanlar və Brüssellilər arasındakı qopuqluğu artırarkən, mənfəət qarşıdurmalarını da sürətləndirdi. Siyasi partiyaları da Flaman və Valon olaraq bölünən ölkədə, ayrı-ayrı qurulmuş olan liberal, mühafizəkar və ya sosialist Flaman partiyalar ilə Valon partiyaların, ideoloji meylləri eyni göründüyü halda, tamamilə fərqli görüşlər içində qarşıdurmaları da sürət qazandı. Siyasətçilər, təşkilatlar və vətəndaşlar arasında dialoq gedərək qopdu, cəmiyyətlər arası mənfəət döyüşləri artdı. "Belçikalı" sözü, gedərək yerini "Flaman", "Valon" və "Brüsselli"yə buraxdı. Siyasətçilər, regional problemləri aşmaq və öz seçicilərinin tələblərini cavablamaq üçün dövlət büdcəsini kiçildib, regional büdcələrə ağırlıq verdilər. "Federal təşkilatlar" dövlətin ortaq malları, dəyərləri, mənfəətləri üçün qərar ala bilməz vəziyyətə gəldilər. Dəmiryollarını, vergi sistemini və sosial sığortaları da "regionallaşdırmaq" hədəfi ön plana çıxdı.

Belçika bölünürmü ?

Belçika mətbuatı və siyasi alimləri, Valon və Flamand siyasətçilərin uzlaşmazlığından qaynaqlanan, 5 aydır davam edən böhranın "süni" olduğunu, bu böhranın, "ictimaiyyəti, ölkənin bölünməsi gərəyinə razısalma məqsədiylə" yaradıldığını müdafiə edir.

Hökumət qurmaqla vəzifələndirilən, Flamand seqmentinin güclü adlarından Xristian Demokrat Partiya (CDV) üzvü Yves Leterme, Valon partiyalarıyla koalisiya axtarışlarında müvəffəqiyyətli ola bilmədi. Müzakirələri tez-tez təxirə salan və şəxsən dövrəyə girən Belçika Kralı II. Albertin təmasları da konkret nəticələndirər gətirmədi.

Mütəxəssislər, "müstəqillik elanına hazır olan Flamandların, Belçikanın sonunu gətirmənin məsuliyyətini tək başına boynuna götürmək istəmədiklərini, Valonları da bu məsuliyyəti paylaşmağa itələdiklərini" ifadə edir. Belçikanın xəritədən silinməsi ehtimalının gedərək artması, gələcəyi məchul bir hal alan Kral ailəsini də narahat edir.

Siyasi partiyaların, ictimai və iqtisadi işləri icra edəcək "keçici bir koalisiya hökuməti" qurması, ölkənin bölünməsi və paylaşılması müzakirələrinin ayrı bir platformada davam etdirilməsi təklifi ön plana çıxır. Belçikanın köhnə baş nazirlərindən, bu günki Dövlət Naziri Mark Eyskens, siyasi böhran üzündən ölkə iqtisadiyyatının ağır zərbə yediyini, illik inflyasiyanın yüzdə 1,5-dən yüzdə 5-ə atıla biləcəyini söylədi.

İqtisadiyyat
Sənaye: Belçika dünyanın ən köhnə dəmir və polad sənayelərindən birinə malikdir. Polad illik istehsalı ortalama 11.000.000 tondur və dünyanın saylı dəmir və polad ixrac edən ölkələrindəndir. Ağır sənaye fabrikləri, metal tökmələr, sink, şüşə fabrikləri və Gand bölgəsində kimya sənayesi qurulmuşdur. Kimya sənaye üç ana sektordan ibarətdir. Təməl kimyəvi məhsulları, çıxarılmış kimyəvi maddələr və həssas kimyəvi mallardır. Kimyəvi malların xeyli çoxu ixrac edilməkdədir. Dövlət gəlirlərinin cəmi 7% ini təşkil edər. Əhalinin 40% ı sənayedə çalışmaqdadır.
Tekstil istehsal: Kətan bezi, pambıqlı toxuma və jüt kimi toxuculuq çox irəlidir. Tekstil sənaye məhsullarının çoxu ixrac edilər. İxracat, məmulat və yarı məmulat şəklində edilər. Brüssel, Brüqqe əhəmiyyətli tekstil mərkəzləridir.

Nəqliyyat

Belçika şəbəkə kimi hörülmüş bir quru və dəmiryoluna malikdir Avropa qitəsinin ilk dəmiryolu Belçikada döşənilmişdir. Dəmiryollarının hamısı elektriklidir və bütün qonşularıyla əlaqəlidir. Brüsseldə tutumu böyük bir hava limanı qurulmuşdur. Dünya ölkələriylə əlaqə Brüsseldən təmin edilər. Belçika, çölə, kimyəvi maddələr, maşın növləri, qida maddəsi, meyvə, çiçək satar; çöldən neft, xammal və kimya sənayesində istifadə edilən xammallar satın alar. İxracatının 40% ını sənaye məhsulları təşkil edir.


Tarix: 02.03.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 682 Bölmə: Dunya ve tarixi
loading...