Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərakeş

Mərakeş(Ərəb dilində: المغرب‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (Ərəb dilində: المملكة المغربية‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) - Afrika materikinin şimal-qərb hissəsində islam dövləti. Hal-hazırda Kral VI Məhəmməd Mərakeşin kralıdır.Mündəricat
1 Tarixi
2 Coğrafiyası
3 İqtisadiyyatı
4 Əhalisi
5 İstinadlar


Tarixi

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1955-ci ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.



Coğrafiyası

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dənizi və Atlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatı

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

Əhalisi

Əhalinin ümumi sayı - 33,8 mlyn. Misir və Sudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə yahudilərin sayi 7 mindir.


Tarix: 02.03.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Dunya ve tarixi
loading...