Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malayziya

Malayziya – Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Şimali Çin dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır.

Tarixi

Müasir insanların indiki Malayziya ərazisində təxminən 40.000 il əvvəl məskunlaşdıqları təxmin edilir. Burada ilk məskunlaşan insanların neqritos etnik qrupuna aid olduqları ehtimal edilir. I əsrdə Çin və Hindistandan olan ticarətçilər və məskunlar Malayziyaya köçməyə başladılar. II və III əsrdə onlar burada bir neçə şəhər və limanın əsası qoydular. Onların burada məskunlaşması Malayziya xalqının Çin və Hindistan mədəniyyətinin təsiri altına düşməsi ilə nəticələndi, Hinduizm və Buddizm dinləri yerli xalq arasında yayılmağa başladı. Sanskrit dili və yazısı IV və V əsrlərdə burada peyda oldu. Malay yarımadasının şimalındakı ərazilərdə Lanqkasuka dövləti II əsrdə formalaşdı və XV əsrə qədər mövcudluğunu qorudu. XV əsrdə Malakkada İslam dini yayıldı və bütün yarımadanı əhatə etdi. Portuqaliyalılar 1511-ci ildə Malay yarımadasını ələ keçirdilər. Ancaq Hollandiyalılar ilə Portuqaliyalılar arasında Malayziya uğrunda davamlı bir mübarizə başladı. 1641-ci ildədə Portuqaliyalılar Malakkadan geri çəkildi. Hollandiyalılar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Penanqda 1786-cı ildə və Sinqapurda 1824-cü ildə yerləşməyə başlayan İngilislər getdikcə ticari və siyasi fəaliyyətlərini artırdılar. Bu vaxt müxtəlif Malayziya ərazilərini işğal etməyə cəhd edən Taylanda qarşı mübarizə başlandı. Malayziyanı Hollandlar 1826-cı ildə təkrar işğal etdilər.

Dini

Malayziyada islamın sünni məzhəbi rəsmi din elan olunub. Müsəlmanlar əsasən sünni-şafiilər ölkə əhalisinin 49%-ni təşkil edirlər. Malayziya ilə bağlı Sazişbi Malayziyada 51%, Şərqi Malayziyada isə 40% əhali islam dininə etiqad edir. Müsəlmanlar əsasən malaylar və İndoneziyadan gələnlər, ərəblər, əfqanlar, çin-malay metislər, çinlilərin bir qrupudur. Malayziyada yaşayan çinlilər buddizmin maxayana formasını, konfusiçilik və daosizmi qəbul edirlər. Malayziya əhalisinin 5%-i xristiandır. Onlar Cənubi Asiyadan çıxanlar, çinlilər və avropalılardır. Xristianlar həm katoliklər (335 min nəfər, Malayziya və Bruneydə), həm də protestantlarla (225 min nəfər) təmsil olunublar. Protestantlar arasında metodistlər (85 min nəfər) daha çoxdur. Bununla yanaşı anqlikanlar (40 min nəfərdən çox), lüteranlar (35 min nəfər), presviterianlar (20 min nəfər), baptistlər (8 min nəfər), yeddinci gün adventistləri (7 min nəfər) və digər xristian təriqətləri vardır. Əhalinin 9%-i induistlərdir. Bunların da 70%-i Cənubi Asiyadan gələnlərdir. Malayziyada siqxlər də yaşayırlar. Bunlar Cənubi Asiyadan gələnlərin 2%-ni təşkil edir. Şərqi Malayziyada yaşayan dyakların böyük əksəriyyəti və Qərbi Malayziyanın azsaylı xalqları ənənəvi kultlarını qouyub saxlayırlar.


Tarix: 02.03.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Dunya ve tarixi
loading...