Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Savə minarəsi

Savə Minarəsi – Azərbaycanın cənub – şərq şəhərlərindən olan Savənin Meydan məscidinin gözəl bədii tərtibatlı minarəsi Böyük Səlcuq İmperiyasının hökmdarı Sultan Toğrul bəyin zamanında hicri 453 – cü ildə (1061) inşa edilmişdir. Üst bölümü uçduğundan onun şərəfəsinin və şərəfə üstü qülləsinin necəliyi qaranlıqdır. Ancaq bu ayrıca dayanan minarənin uyğun memarlıq ayrıntılarının Şəmkir və başqa Səlcuq mil minarələri ilə bir biçimli olduğu şübhəsizdir. [1]

Savə minarəsinin silindrik, yuxarıya doğru yüngülcə incələşən gövdəsi kərpicdən yığılmış "səlcuq zənciri" adlanan kəmərlərlə üfüqi bölmələrə ayrılmışdır. Bu çənbərlərarası səthlər mürəkkəb çeşnili həndəsi naxışlarla üzlənmişdir. Kəmər qurşaqlarının ortasında yenə kərpicdən "kvadrat kufi" adıyla tanınan düzbucaqlı yazı sətirləri yığılmışdır. Araşdırıcılar Savə minarəsindəki kufi yazılarını bu tip kitabələrin ilk örnəyi sayırlar.

Başdan-başa birrəngli bişmiş kərpicdən ucaldılan və səthi həmin kərpicdən yığılmış kitabə və naxışlarla örtülən Savə minarəsinin bədii təsir gücü zəngin işıq – kölgə effektindədir. Mütəxəssislər gövdəsinin bəzədilməsi tərzinə görə Savə minarəsini Azərbaycan və Orta Asiyanın türk minarələri arasında bağlayıcı halqa hesab edirlər.


Tarix: 02.03.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Dunya ve tarixi
loading...