İÇİ:
Unu qarışdırma qabına alırıq. Ortasını açaraq maya qoyuruq. Mayanın üstünə südü tökürük. Yumurta qırırıq. Unun üzərinə duzunu atırıq. Ortadan maya əridərək yoğurmağa başlayırıq. Kifayət qədər ilıq su əlavə edərək xəmir əldə edirik. Xəmirə un səpərək açırıq. Boyuna uzun bir xəmir açdıqdan sonra üstünə kərə yağını sürürük. Xəmirdən 2-3cm. Qədər qalınlıqda zolaqlar kəsirik. Kəsdiyimiz zolaqları rulon edirik. İlk zolaqdan keçirdiyimiz rulonu ikinci zolağın üzərinə qoyaraq rulon şəklində bükürük. Bütün zolaqları üst-üstə rulon edirik. Sonunda böyük bir hissə rulon əldə edirik. Yağlanmış yumru kiçik bir boşqaba rulonu alırıq. Üzərinə basaraq məcməyi boyuna gətiririk. Yumurta sınırıq və çalırıq. Xəmirin üzərinə yumurta sürtürük. Kiçik kökə qəlibləri üzərinə basaraq şəkil veririk. Kənarlarına küncüt səpirik. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.
ÖZBƏK ÇÖRƏYİ
4 su b. Un
1 su b. Süd
1 yumurta
Yarım pk. Yaş maya
1 şirin k. Duz
2 şorba k. Kərə yağı
Duz
Su
ÜZƏRİ ÜÇÜN:
1 yumurta
Küncüt
Tarix: 31.03.2015 / 00:19 Müəllif: Nurana Baxılıb: 67 Bölmə: Dünya mətbəxi