Qarğıdalı şorbası
Tərkibi:
5 ədəd qarğıdalı
1 ədəd soğan
3 yemək qaşığı maye yağ
2 ədəd pomidor
5-6 stəkan isti su
duz, qara bibər
Hazırlanması:
5 ədəd qarğıdalının dənələrini ayırın və qaynadın. Fərqli bir qabda 1 ədəd soğanı 3 yemək qaşığı maye yağla qovurun. Üzərinə 2 ədəd pomidor əlavə edib, suyunu çəkənə qədər qızardın. Qaynatdığınız qarğıdalılıarı də əlavə edib, 5-6 stəkan isti su əlavə edin.15 dəqiqə boyunca qaynadın. Şorbanızı rəndədən keçirib, duz və qara bibər əlavə edin və artıq hazırdır.
Frambuazlı və ballı dondurma
Tərkibi:
200 qram dondurulmuş frambuaz
2 şorba qaşığı bal
2 budaq nanə
Hazırlanması:
Frambuazı, balı və təzə nanəni rəndədə püre halına gələnə qədər əzirik.
Buz qabına əlavə edərək,soyuducuda donmasını gözləyirik. İstəyə görə külaha və ya xidmət kasalarına qoyuruq.
Nuş olsun!
Tarix: 29.11.2014 / 15:02 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Dünya mətbəxi