Xəmiri üçün:
• 1 su stəkanı ilıq su
• 1 paket maya
• 1 ədəd yumurta
• 1 su stəkanı ilıq süd
• 1 çay qaşığı şəkər tozu
• Aldığı qədər un
• 1 çay qaşığı duz
• 1 yemək qaşığı zeytunyağı
Üzəri üçün:
• 1 qutu pomidor konservi
• ½ çay stəkanı zeytunyağı
• 1 şorba qaşığı tomat pastası
• Duz
• Qara bibər
• 1 ədəd badımcan
• 1 su stəkanı rəndələnilmiş mozerella pendiri
• 1 ədəd qırmızı soğan
Hazırlanması:
1. Maya və şəkəri yoğurma qabına alın və hər ikisi də əriyənə qədər qaşıqla qarışdırın.
2. Üzərinə ilıq süd, ilıq su və yumurtanı əlavə edin.
3. Şəkər, un, duz və zeytunyağını da əlavə etdikdən sonra yumuşaq xəmir yoğurun.
4. Üzərini nəmli bir parça ilə örtüb 1 saat xəmirin köpməyini gözləyin.
5. Pomidorları tomat pastası ilə birlikdə qarışdırın.
6. Üzərinə zeytun yağı, duz və qara bibəri əlavə edib qarışdırın.
7. Mayalanan xəmiri mərdanə köməyiylə incə açın və hazırladığınız sousu üzərinə sürtün.
8. Badımcanların üzərlərinə fırça ilə zeytunyağı, duz və qara bibər qarışığı sürtün və tavada iki tərəfli olaraq yüngül qızardın.
9. Soğanları halqa-halqa doğrayın.
10. Badımcan və soğanları pendirin üzərinə düzün.
11. Əvvəldən 220 dərəcə isidilmiş sobada pendir əriyənə qədər bişirin.
Tarix: 29.11.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Dünya mətbəxi