Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pendirli pidə

İçindəkilər:
3 su stəkanı un
400 qr. rəndələnilmiş holland pendiri
1 yumurta
3 stəkan su
1 xörək qaşığı şəkər
50 qr. kərə yağı
1/2 yemək qaşığı yaş maya
2 çay qaşığı duz, qara istiot

Hazırlanması:
Un, su, duz, maya və şəkəri bir qabda yoğurun. Əldə etdiyiniz xəmiri yarım saat gözlədin. Xəmiri dörd bərabər hissəyə ayırın. Unun köməyi ilə xəmiri yumru bir şəkildə açın. Xəmiri əlinizə alıb, iki kənarından yana doğru çəkərək ellips şəkildə uzadın. Ellips şəkildə hazırladığınız xəmirin ortasına fırçayla çırpılmış yumurta sürtüb, əlinizlə holland pendirini yayın. Kənarlarını bir santimetr içə qıvırıb, iki ucunu birləşdirin. Fırça köməyi ilə çırpılmış yumurta sürtüb, yağlanmış soba qabına düzün və isti sobada (200o) 15 dəqiqə bişirin. Pidəni sobadan çıxarıb kərə yağıyla yağlayın.

Nuş olsun!


Tarix: 29.11.2014 / 15:03 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Dünya mətbəxi
loading...