Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karri ilə xiyar şorabası

Tərkibi :
1,1-1,2 kq xiyar
4 budaq şüyüd, cəfəri
2 baş soğan
150 ml 9%-li sirkə
2 x.q. iri duz
3 x.q. şəkər tozu
2 ç.q. quru, dənəvər xardal
2 dəfnə yarpağı
1,5 x.q. karri tozu
1,5 l su
Hazırlanması :

Yaxşıca yuyulmuş 2-litrlik bankanın dibinə bir ədəd dörd yerə bölünmüş soğan, 1 ç.q. dənəvər xardal, 1 budaq şüyüd, 1 budaq cəfəri qoyun.Xiyarları yaxşıca yuyun, fal-fal (qalın) doğrayıb bankalara doldurun.Duzlu su: suyu qaynadın, qaynara düşəndə duz, şəkər tozu və karrini əlavə edin. Dəfnə yarpağı əlavə edin, daha 3 dəqiqə qaynadın. Qaynar-qaynar xiyarların üstünə tökün. Bankaların ağzına qapaq qoyub 10 dəqiqə sterilizə edin. Bağlayın, bankaları çevirin, adyala bükün, tam soyuyanadək belə saxlayın. Sonra soyuq yerdə saxlayın.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:34 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Dünya mətbəxi
loading...