Xəmir üçün :
2,5 stəkan un
1 yumurta
1 paket qabartma tozu
1 stəkan süd
125 qram əridilmiş marqarin
Duz
Üstü üçün :
15-20 sosika dilimi
15-20 kolbasa dilimi
1-2 incə doğranmış yaşıl bibər
1-2 incə doğranmış pomidor
6-7 incə doğranmış göbələk
Bir qədər cincilim
200 qram doğranmış holland pendiri
Sous üçün :
1 stəkan tomat
1 stəkan ilıq su
Əvvəlcə sousu hazırlayın. Bunun üçün tomat pastasına ilıq suyu əlavə edərək sus formasına düşənə qədər qarışdırın.
Xəmir üçün inqradientləri yaxşıca qarışdırın, yoğurun, qabın ağzını bağlayaraq 1 saat "dinc"ə qoyun. Sonra xəmiri yağlanmış teflo tavaya incə və nazik şəkildə yayın, sousu və pissa üçün inqradientləri əlavə edin. Tavanın qapağını örtərək vam odun üzərində 1 saat bişirin.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:37 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Dünya mətbəxi