İÇİ:
Soğanı, sarımsağı, istiotu, cəfəri doğrayırıq. Mavi balıqları təmizləyirik, amma bütün olaraq qoyuruq. 3 dənə eyni boyda alüminium folqa və yağlı kağız kəsirik. Alta alüminium folqa, üstünə yağlı kağız qoyuruq. Limonları və pomidorları dilimləyirik. Soğanlı cəfəri qarışığı kağızların ortasına qoyuruq. Balıqları üzərində yerləşdiririk. Balıqların ortasına bir kəsik atırıq. Duzunu, istiotu atırıq. Balıqların üzərinə limon dilimi, pomidor kəsiyi və bir az da kərə yağı qoyuruq. İstəyə görə dəfnə yarpağı da qoyula bilər.
Balığın üzərinə əvvəlcə yağlı kağızı, sonra alüminium folqa bürüyürük. Soba xonçasına paketləri düzürük.Əvvəldən isidilmiş 240 dərəcəlik sobada bişiririk.
KAĞIZDA Mavi Balıq
3 mavi balıq
2 pomidor
2 yaşıl istiot
2 limon
1 soğan
1 dəstə cəfəri
2 diş sarımsaq
Dənə istiot
Zeytun yağı
Duz
Dəyirman istiot
Tarix: 07.05.2015 / 14:55 Müəllif: Nurana Baxılıb: 112 Bölmə: Balıq xörəkləri