BALIQ KÜFTƏSİ
Balıq – 200 q,
noxud – 20 q,
düyü – 15 q,
alça – 10 q,
kartof – 150 q,
baş soğan – 20 q,
zəfəran - 0,05 q,
istiot,
duz.
Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır.
Balığın yeyilməyən hissəsindən hazırlanmış bulyon süzülür, əvvəlcədən isladılmış noxud yarı olunca bişirilir. Sonra ardıcıllıqla balıq ətindən hazırlanmış küftələr, kartof, xırda doğranmış soğan əlavə edilir, zəfəran şirəsi vurulub hazır olunca bişirilir.
Tarix: 21.12.2012 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Balıq xörəkləri
loading...