Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2013 ilan ilidir

Ərzaqlar:

Qaynadılmış kartof – 5 ədəd
Yumurta – 4 ədəd
Konservləşdirilmiş qarğıdalı – 300 qram
Dənəsiz zeytun, – 250 qram
Krem pendir – 200 qram
Somon balığı (konservləşdirilmiş) – 300 qram (istəyə görə ət vəya toyuq`da ola bilər)
Mayonez – 300 millilitr
Cəfəri – zövqə görə
Qırmızı bolqar bibəri istiot – 1/4 ədəd


Hazırlanması

2013 ilan ilini – ilan salatıyla qarşılamaq istəyənlərə.
konservləşdirilmiş balığı və suyunun yarsını alırıq ki çox quru olmasın.Balığı vilkayla yaxşıca əzirik.
Qatı olana qədər yumurtaları qaynadırıq və iri gözlü rəndədən keçirdirik.
Rəndələnmiş yumurtanı və balığı qarışdırın.

Qaynadılmış kartofu rəndədən keçirdib balıq və yumurtaya qarışdırırıq.

Krem pendiri rəndədən keçirdib qarışıma qatırıq və qarışdırırıq.

Mayonezi qarışıma qatırıq biraz duz əlavə edirik.

Rəngi gözəl olmayan ama dadı çox gözəl olan qarışım çıxır ortaya.

Zeytun və qarğıdalını süzürük, bir kənarda gözlədirik.Geniş bir boşqaba hazırladığımız qarışımı tökürük, və şəkildə ki kimi salata ilan şəkli veririk.

Qaşıqla ilana dahada gözəl şəkil veririk.

Qarğıdalı ilə şəkildə ki kimi ilanın sağını solunu döşəyirik.

incə halqalar halında zeytunu dilimləyib şəkildə ki kimi düzün.

Qarğıdalı ilə ilanın üstünü bəzəməyə davam edirik,
Kiçik zeytun parçalarından kirpiklərini düzəldirik.
Bolqar bibərindən burnunu və dilini düzəldirik.
Əlavə olaraq bibərdən tacınıda düzəldirik. çün ki 2013 ilan ilidir!

Son olaraq salatın ətrafını cəfəri ilə bəzəyirik! Nuş olsun!


Tarix: 12.12.2012 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 729 Bölmə: Balıq xörəkləri
loading...