Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Levrek qızartması
Levrek qızartması

İÇİ:

Kartofları soyub qalın bir şəkildə dilimləyirik. Soba qabına düzürük
Yarısını keçməyəcək qədər su töküb öncədən isidilmiş 190 dərəcə sobada bişiririk. Yarı konsistensiya bişirdiyi zaman sobadan çıxarıb üzərinə, duz, istiot, pul bibər və biberiye səpirik.

Bir az zeytun yağı töküb bişirməyə davam edirik. Balıqları can əti olaraq təmizləyirik. Qarışdırma qabına alırıq. Limon suyu, duz və istiot əlavə edib qarışdırırıq. Düz bir boşqaba alıb ən az yarım saat saxlayırıq.

Saxlandıqdan sonra qızartmaq üçün, əvvəl çalınmış yumurta sonra un və undan sonra suxarıda bulayıb duru yağ qoyduğumuz bir tavada qızardırıq. Boşqaba, doğranmış roka, kahı və qırmızı soğanı qoyuruq. Qızarmış balıq və kartofları qoyub xidmət edirik.

LEVREK UNLA

3 levrek
Duz
İstiot
Yarım limon


Qızartmaq üçün

Un
Yumurta
Suxarı


SALATI ÜÇÜN:

Roka
Kahı
Qırmızı soğan


LƏVAZİMATLARI ÜÇÜN:

Kartof
Duz
İstiot
Zeytun yağı
Biberiye
Pulcuq istiot


Tarix: 06.05.2015 / 22:45 Müəllif: Nurana Baxılıb: 218 Bölmə: Balıq xörəkləri
loading...