Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sobada pişmiş alabalıq

Ərzaqlar

Alabalıq – 1 ədəd

Limon – 5 dilim

Kərə yağı – 50 q

Göyərti (keşniş, tərxun) – ¼ hissə

Duru yağ

Duz, qırmızı istiot

Sous üçün:

Zeytun yağı – 2x.q.

Portağal şirəsi

Narşərab


Hazırlanma qaydası
1.Balığın içinə duz, istiot, ovulmuş göyərti və limon dilimləri qoyulur, hər iki tərəfinə kərə yağı çəkilib yağlanmış listə yerləşdirilir.
2.Balıq 180 dərəcəyədək qızdırılmış sobada, hər 5 dəqiqədən bir üzərinə duru yağ gəzdirilərək 25 dəqiqə bişirilir.
3.Sousu hazırlamaq üçün: portağal şirəsi, zeytun yağı, narşərab qarışdırılır.
4.Hazır olmuş balığın içliyi (limon dilimləri, göyərti) çıxarılır, balığın qabığı soyulur, üzərinə qırmızı istiot səpilir.
5.Balıq süfrəyə sousla, kubvarı doğranılmış qarpız və tərxunla verilir.


Tarix: 12.12.2012 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Balıq xörəkləri
loading...