Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balıq Buğlaması

Balıq Buğlaması

Azərbaycanda balıq buğlamasının bir çox növü var. Onlardan biri burada gördüyünüz bölgə (beluqa) balığından hazırlanan buğlamadır. Bölgə balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıq növüylə əvəz edə bilərsiniz.

4 pay üçün

1 kilo bölgə balığı (beluqa) – tikələrə bölünmüş
2 ədəd pomidor – qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)
1 ədəd yaşıl bibər – doğrayın (1 stəkan alınmalıdır)
1 ədəd kərəviz sapı – doğrayın (yarım stəkan alınmalıdır)
yarım stəkan doğranmış cəfəri
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik limon – 4 dilimə kəsilmiş
4 xörək qaşığı kərə yağı
duz, istiot


Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün – pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin.

Nuş Olsun!


Tarix: 12.12.2012 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 305 Bölmə: Balıq xörəkləri
loading...