Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kilkə balığından dolma

Ləvazimatlar

1 kiloqram kilkə balığı
1 baş quru soğan
0,5 dəstə incə doğranmış ispanaq
2 diş döyülmüş sarımsaq
Qara bibər
Pul bibər
Duz

Qızartmaq üçün

2 yumurta
2 stəkan qarğıdalı unu və ya adi un
0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı


Hazırlanma qaydası

Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun. Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.

Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin. Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.

Nuş olsun!


Tarix: 12.12.2012 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Balıq xörəkləri
loading...