Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hurri

Hurri- tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.

Qədim Hurri tayfaları m.ö II minilliyin başlanğıcında Urmiya gölünün qərbindən Suriya və şimali Mesopotomiyaya qədər yayılmışdılar. Mesopotomiyanın şimal-qərbində, m.ö XVIII-XIII-əsrlərde Hurrilərin yaratdığı dövlət mövcud idi. Bu dövlət "Mitanni" adlanırdı. Bəzi mənbələrə əsasən Mitanni çarları öz ağalığını kutilər və lullubilər üzərinə də yaya bilmişdilər. Herodotun "Tarix" əsərində də Hurrilərlə matiyenlər eyniləşdirilir. Hətta Urmiya gölü də bir müddət "Mantiana" adını daşımışdır. Manna onomatikasında Urartu dili ilə qohum olan Hurri dilinə mənsub bir sıra sözə təsadüf olunur.


Tarix: 05.02.2015 / 13:00 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Ümumi
loading...