Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan legionu

Azərbaycan legionu — müstəqil Azərbaycan dövləti yaranması uğrunda Almaniya tərəfdə döyüşən azərbaycanlılardan ibarət ordu. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaratdılar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

Qafqaz cəbhəsində 4,500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb, onlar özlərini ən yaxşı tərəfdən göstəriblər. Məsələn, 804-cü "Aslan" batalyonu bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş "xidmətlərinə" görə təltif edilməsi ilə fərqlənirdi. Həmçinin, "Berqman", "Donmek" batalyonları da fərqləniblər.

1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradıldı. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrildi.

Azərbaycan legionu 4 polkdan, 30 yaxin batalyondan və digər dəstələrdən ibarət idi. Ümumilikdə almanların tərəfində 70 min Azərbaycan əsgəri və zabiti döyüşüb.


Tarix: 10.01.2015 / 13:20 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Ümumi
loading...